ÖZÜMÜZ DEYİRİK... ERMƏNİ EŞİTMİR

ƏBÜLFƏT MƏDƏTOĞLU
71707 | 2012-12-21 11:22

Çünkiona ABŞ, Rusiya, Fransa demir

Çoxqəribədir, biz özümüz-özümüzlə vuruşmağı, lap loru dildə desəm, didişməyi dəkifayət qədər mükəmməl bacarırıq. Az qala bir-birimizin necəyatıb-durmağımızdan, nələr yeyib-içdiyimizə qədərg kiminlə harda görüşüb,kimdən harda ayrıldığımıza qədər hər şeyi nöqtəsinə, vergülünə qədər eləmükəmməl bilirik ki, şübhəyə iynə ucu boyda yer qalmır. Biz onu da çox gözəlbilirik ki, 20 ildən artıqdır ki, özümüz danışıb, özümüz deyib, özümüz dinləyibözümüz eşidirik. Yəni belə çıxır ki, özümüz danışmağı, özümüz özümüzütərifləməyi, özümüz özümüzü təqdim etməyi, özümüz özümüzü təqhir etməyi, birsözlə, özümüzlə olmağı daha yaxşı bacarırıq, daha yaxşı bilirik.

Busözləri elə-belə, özümüzün özümüzə münasibətimizi ortaya qoymaq üçün yazmıram.Konkret məqsədim var. Elə mən də bu məqsəd naminə öncə özümüzdən başlayıram.Özümüzün bütün hallarda aktiv olduğumuza baxmayaraq, bu gerçəkliyi qəbul etdirəbilməməyimizi xatırladıram, diqqətə çatdırıram. Belə ki, 1988-ci ildənbaşlayaraq, biz demək olar ki, hər gün, hər yerdə, çayxanadan tutmuş xeyir-şərməclislərinə qədər, adi toplantılardan tutmuş beynəlxalq konfranslara qədər həryerdə Qarabağdan, torpaqlarımızın işğalından danışırıq. Söhbət ondan getmir ki,biz danışıqlarımızda odlu-alovlu natiqliyimizi büruzə veririk və yaxud əksinə.Söhbət ondan gedir ki, bizim hər yerdə, hər şəraitdə danışdığımızı özümüzdənbaşqa eşidən olmur. Fakt üçün bir məqama diqqət yetirək.

Eləiki gün öncə xarici işlər nazirinin müavini, Azərbaycan Prezidentinin Qarabağdanışıqlarındakı şəxsi nümayəndəsi Araz Əzimov mətbuata açıqlama verib. Mətbuatda həmin açıqlamanı çox maraqlı başlıqla təqdim edib. "Azərbaycandanicazəsiz heç kim Dağlıq Qarabağa səfər edə bilməz"??!!...

Çoxmaraqlı, çox qətiyyətli, mən deyərdim son dərəcə aktual və diqqətçəkən fikirdi.Amma hörmətli Araz Əzimovun söylədiyi bu cəsarətli fikir sadəcə sözdü.Bilirsiniz niyə? Bilmirsinizsə, bir anlıq həmin sözün, həmin fikrin gücünüaraşdıraq, ortaya qoyaq, gözümüzün önünə gətirək. İnanın ki, onda nəticənigörüb mənim kimi sizin də əliniz-qolunuz boşalacaq. Çünki bu, yalnız sözdü,fəaliyyət, hərəkət deyil. Belə ki...

DağlıqQarabağ problemi başlanan gündən məsələnin çözümü ilə bağlı kifayət qədərmətbuat, hökumət və qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar, dövlətvə hökumət nümayəndələri regiona səfərə gəliblər. Hər dəfə də xariciqonaqların birbaşa Xankəndinə səfəri, yada Yerevandan Xankəndinə gəlişi Azərbaycan ictimaiyyətini qıcıqlandırıb,narahat edib. Hər dəfə də Azərbaycanın XİN-i ya nota ilə çıxış edib, ya da ənsərt halda kimlərinsə (söhbət səfər edənlərdən gedir - Ə.M.) Azərbaycanagəlişinə qadağa qoyulur, adı qara siyahıya düşür. Bununla nə dəyişir ki?! Bəlkəbu addım problemin çözümünə təkan verir? Xeyr, belə bir şey olmayıb.

Çoxhörmətli Araz Əzimovun növbəti açıqlaması da elə həmin bundan öncəkiaçıqlamaların daha bir nüsxəsidir. Ona görə də özümüz öz içimizdə, özümüzözümüzlə danışmaqdan, özümüz deyib özümüz eşitməkdən çıxış yolu tapmalıyıq.Birmənalı şəkildə qəbul etməliyik ki, bizim Bakıda oturub danışdıqlarımız, dediklərimizermənilərin vecinə deyil. Çünki onların qulaqlarının arxalarında dayanangüclər, o cümlədən də Minsk Qrupunun həmsədrləri pambıqla tıxayıblar. Tıxanmışqulaqlar bizi eşitmək gücündə, qabiliyyətində deyil. Artıq "him-cim"dövrü də keçib. Deməli, erməniləri başa düşəcəkləri dildə, anlayacaqlarışəkildə öz yerlərində oturtmaq lazımdı. Onlara sözü erməninin qandığı,qarşısında diz çökdüyü dildə, şəkildə demək lazımdı. Özü də bu gerçəyin yolunuda tapmaq bizim borcumuzdu. Başqa cür mümkün deyil.

İnanınki, hörmətli Araz Əzimovun əvəzinə həmin sözləri, həmin fikirləri hörmətli XİNrəhbəri Elmar Məmmədyarov cənabları desə də belə, ermənilər onu eşitməyəcək.Çünki ermənilər bizim dili bilmir və yaxud du bu dili unudublar. Onlar indiABŞ-ın, Rusiyanın, Fransanın dilini mükəmməl bilirlər. Onlara da həmin dildədemək lazımdır ki, ay erməni, darıdan çıx!!! Və bir də Xankəndinə səfəredənlərə də məhz həmin üç dildə eyni sözü təkrarlamaq lazımdır ki, mənim icazəmolmadan Qarabağa səfər etmə. Əks halda, sərt sanksiyalar, hətta dövlətsərhəddini pozduğunuza görə beynəlxalq məhkəmə ilə üzbəüz qala bilərsiniz. gBumənim təklif etdiyim üsuldu, yanaşmadı. Yəqin ki, bizim XİN-də də ehtiyatvariantlar kifayət qədər var.

ƏbülfətMƏDƏTOĞLU

TƏQVİM / ARXİV