adalet.az header logo
  • Bakı 19°C
03 Oktyabr 2015 12:20
7321
GÜNDƏM
A- A+

Baş Nazir bu qərarı ləğv etdi

Nazirlər Kabinetinin "Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının forması və tərtibi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarı ləğv olunub. Qərarın ləğv olunması ilə bağlı sənədi baş nazir Artur Rəsizadə imzalayıb.

Qərar "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və "Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin 2015-ci il, 17 iyun tarixli, 553 nömrəli fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə verilib.

Qeyd edək ki, "Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının forması və tərtibi Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 174 saylı qərarını 2004-cü il, 6 noyabr tarixində A.Rəsizadə özü imzalamışdı.

Bu qayda daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi zamanı verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının formasını və tərtibi qaydasını müəyyən edirdi.