ANA SƏHİFƏ / Layihə

ŞƏKİ: MƏDƏNİYYƏT VƏ TURİZM SEKTORUNUN MÜHÜM BAZASI

REGİON

28205    |   2015-10-03 09:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən saylarımızda)
Bu gün Şəki özünün ipəyi, eyni zamanda, halvası, noğulu, mindalı və digər dadlı şirniyyatları ilə tanınır. Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib ki, belə festivalların keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır. Bu festival təkcə Şəkinin deyil, ölkəmizin zəngin mətbəx mədəniyyətinin daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayacaq. 
Mərasimdə Fransanın Azərbaycandakı səfiri və digər  iştirakçı ölkələrin təmsilçiləri  çıxış edərək belə festivalların xalqlar arasında dostluğu, sülhü və mədəni əməkdaşlığı təbliğ etdiyini xüsusi vurğulayıblar.
Sonra tədbir iştirakçıları xarici ölkələrdən, həmçinin Azərbaycanın şəhər və rayonlarından gəlmiş qənnadçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları ilə tanış olublar. İştirakçı ölkələrin milli mətbəxlərinə aid şirniyyat nümunələri, həmçinin Azərbaycan qənnadıçılarının hazırladıqları paxlava, fəsəlli, qatlama, noğul və müxtəlif halvalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Şəki qənnadçıları festivalda Şəki halvası, paxlava, qoz və fındıq mindalı, barama şirni, noğul, bamiyə, qırmabadam və geniş çeşiddə digər milli şirniyyat nümunələrini sərgiləyiblər. Korkunov adına "Moskva şokolad məktəbi"nin rəhbəri Yelena Suçkovanın sədrlik etdiyi 23 nəfərdən ibarət münsiflər heyətinin rəyinə əsasən, respublikamızın təmsilçiləri arasında Gəncə şəhərinin şirniyyatçıları birinci yeri tutublar. Şəki və Zaqatala qənnadçıları ikinci, Ağdaş, Göyçay, Oğuz rayonları və Naftalan şəhərinin təmsilçiləri isə üçüncü yerə layiq görülüblər. İştirakçı ölkələr arasında Rumıniya, Qazaxıstan və Fransa təmsilçiləri birinci yeri tutaraq festivalın qızıl medallarına və Azərbaycan Milli Kulinariya Mərkəzinin kubokuna sahib çıxıblar. İkinçi yeri Serbiya və Rusiya təmsilçiləri, üçüncü yeri isə Moldova, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətinin qənnadıçıları tutublar. Şirniyyat sexləri arasında isə Şəkinin "Ələhməd şirniyyat evi" birinci yerə layiq görülüb. Bundan əlavə, Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən Şəki şəhəri Azərbaycanın ənənəvi şirniyyat paytaxtı elan edilib və bununla bağlı diplom şəhər rəhbərliyinə təqdim olunub. Festivalda Şəkinin musiqi kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Avqustun 22-də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində növbəti beynəlxalq tədbir - "Nağara-2015" Beynəlxalq Zərb Alətləri Festivalının açılışı olmuşdur. Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və "ALMUS Prodiction" şirkətinin təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran və Özbəkistandan məşhur ifaçılar iştirak etmişlər. Festivalda ölkəmizi "Natiq ritm" qrupu təmsil etmişdir. Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə olaraq reallaşan bu musiqi bayramı avqustun 26-dək davam etmişdir. Festivalda Özbəkistanın "Abbos", İranın Lian, Türkiyənin "Harem" qrupları da iştirak etmişlər. Həmin qrupların aparıcı musiqiçiləri tərəfindən ustad dərsləri də keçirilmişdir. 
Avqustun 28-də Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan və festivallar şəhəri kimi tanınan Şəkidə növbəti beynəlxalq tədbir - IV Beynəlxalq Qafqaz Motofestivalı keçirilmişdir. "Harley Davidson" "Baku HOG Azerbaijan", Şəki Şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun birgə təşkilatçılığı ilə keçirilən festivalda dünyanın müxtəlif ölkələrindən gələn baykerlər iştirak etmişlər. Dünya şöhrətli "Beatles" və "Lady Qaqa" qruplarının "tribute"larının çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Festival  "Natiq ritm" qrupunun çıxışı ilə başa çatıb.
Avqustun 29-da Qəbələdə keçirilən III Beynəlxalq Mürəbbə Festivalında Şəkinin şirniyyatçıları və qənnadı ustaları da, habelə xalq tətbiqi sənəti ilə məşğul olan el sənətkarları da təmsil olunmuşlar. Festivalda ölkəmizin ayrı-ayrı bölgələri ilə yanaşı Türkiyənin, İranın, Qırğızıstanın, Çuvaşiya və Yakutiyadan da qənnadı ustaları iştirak etmişdir. Şəkinin qənnadı ustaları festivalda uğurla iştirak edərək baş mükafata - qızıl medala layiq görülmüşlər. 

Müasirləşən infrastruktur da xüsusi əhəmiyyət 
kəsb edir

Hazırda Şəkidə 20 mehmanxana və mehmanxana tipli obyektlər vardır. 
Mehmanxana və mehmanxana tipli turist obyektlərinin hamısında restoran, kafe, bəzilərində isə bar mövcuddur.  Bunlarla yanaşı, şəhərdə geniş restoran və kafelər vardır. Onlardan "Çələbixan", "Soyuqbulaq", "Qurcana", "Qaqarin", "Xan bağı", "Karvan", "Məkan", "Arzu", "Ləziz", "Qırxbulaq", "Sahil", "İdeal", "Min bir gecə", "Sərin ada" və s. restoran və kafeləri, habelə Şəki şirniyyatı və zəngin çeşiddə mürəbbələr təklif olunan çoxlu sayda "Çay evləri" vardır. 
Şəkidəki dağ kəndlərinin ətəklərində kifayət qədər qaynama suları və çeşmələr vardır. Bunlar əsasən yay aylarında çıxır. Onlardan aşağıda adları qeyd edilənlər  xalq arasında daha məhşurdur:
- "İsitmə bulağı" (şəhərin "Yuxarıbaş" Tarix-Memarlıq Qoruğunun şimal sərhəddində)
- "Qaranlıq dərə"  (Baş Zəyzid kəndi ərazisində)
- "Taclıq suyu" (şəhərin şimali-şərqindəki dağ massivində)
- "Nöyül bulağı" (şəhərin dağdibi hissəsində)
- "Soyuqbulaq" (şəhərin şimal hissəsində)
- "Kükürdlü bulaq" (Cunud kəndindəki dağ massivində)
Hazırda yaşıl turizmin (kənd turizminin) coğrafiyası genişlənməkdədir. Şəkinin əsasən dağətəyi kənd yaşayış məntəqələrində turistləri qəbul etmək və onlara normal xidmət göstərmək üçün 40-a yaxın ev vardır. Yaxın perspektivdə ovçuluq turizminin infrastrukturunun yaradılması ilə bağlı təşkilati və əməli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 
Mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması və onların təyinatı üzrə ən zəruru inventar və avadanlıqlarla təchizatı yönümündə təşkilati və əməli tədbirlər görülmüşdür. Mədəni-maarif müəssisələri çoxlu sayda kompüter dəstləri, şkaf, kitab rəfi, stol, stul, pərdə, kovralit və digər bərk və yumşaq inventarlarla təchiz edilmişdir.   

Məzahir ƏHMƏDOĞLU 
AzƏrbaycan  Respublikasının  Prezidenti  yanında kütlƏvi informasiya  vasitƏlƏrinin  inkişafına  dövlƏt dƏstƏyi  fondunun  maliyyƏ  yardımı ilƏ 



İmza:
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK