adalet.az header logo
  • Bakı 17°C
02 Oktyabr 2015 11:03
5973
MƏMLƏKƏT
A- A+

11 min şikayətçi var

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə sentyabr ayı ərzində 11479 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə çox) daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 7598 vətəndaşa xidmət göstərilib.

 

Nazirlikdən verilən məlumata görə, Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 662 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1704 sənəd (981 ərizə, 655 məktub, 68 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.



Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil müəssisələrinə uşaqların qəbulu və yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası ilə bağlı məsələlər əksini tapıb.