adalet.az header logo
  • Bakı 20°C
01 Oktyabr 2015 18:35
53323
AVTOMABİL
A- A+

Səkkiz ayda Azərbaycana 21 mindən artıq avtomobil idxal olunub

Bu ilin yanvar-avqust aylarında ölkəmizdə avtomobil idxalının həcmi 21 min 147 ədəd olub.

Adalet.az Dövlət Gömrük Komitəsinə istinadən bildiri ki, avtomobillərin 686 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin, 18 min 821 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin, 1437 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin, 203 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin payına düşür.