adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 Oktyabr 2015 17:43
196467
MODA
A- A+

Yüksək modanın kişi və qadın sintezi

Yüksək moda çoxdan dəyişib, hətta əvvəlki səviyyəsini də itirməkdə davam edir. İndi moda aləmində yeniliklər insanları ilhamlandırmaq əvəzinə daha da qıcıqlandırır. Bu həftə start götürən Paris Moda Həftəsində olduğu kimi. Dünyanın hər yerində şəhər-kənd söhbəti var. Hər bir ölkənin əsas şəhərlərində, meqapolislərində əyalət adamlarına yuxarıdan aşağı baxırlar. Budəfəki Paris Moda Həftəsinə əyalətlərdən axışan  modabazlar da kübar şəhər dizaynerlərinin ürəyincə olmayıb. Üstəlik sonuncu moda günlərində kişilərin qadın, qadınların kişi paltarı geyinərək, guya novatorluq etməsi mühafizəkar insanları hiddətləndirib. Həftə ilə əlaqədar Paris mağazaları iştirakçı modelyerlərin əl işləri ilə aşıb-daşır. Amma bu mağazalarda, dəfilələrdəki kimi kişilərçün güllü, çəhrayı, aksessuarlı kişi paltarları satılır. Qadınlara isə kişi geyimləri təklif olunur. Kabluk ayaqqabılardan tamamilə itib. Qadın geyimlərinin rəngi, forması "kişiləşib”. Dəfilədə hətta avtomexannik, pilot, usta obrazında, qalstukda qadınlar boy göstərirlər. Bir sözlə, belə getsə yaxın 10 ildə küçədə rastlaşdığın insanın cinsini müəyyən etmək mümkün olmayacaq.