adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Sentyabr 2015 15:08
7960
GÜNDƏM
A- A+

Məzuniyyət müddəti artırıldı

Milli Məclis "Beynəlxalq Əmək Təşkilatının "Ödənişli məzuniyyətlər haqqında” (1970-ci ildə yenidən işlənmiş) Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” Milli Məclisin 1994-cü il 19 iyul tarixli 856 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qanun layihəsi barədə MM-in Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Komitə sədri bildirib ki, qanun layihəsinə iki dəyişiklik edilib: "Bunlardan biri texniki məsələdir. İkinci məsələ isə Azərbaycan vətəndaşlarının məzuniyyəti üçün önəmlidir. Belə ki, Azərbaycan vətəndaşları üçün bu qanuna uyğun olaraq ən aşağı məzuniyyət 21 gün elan ediləcək. Bu da Azərbaycan vətəndaşlarına xidmət edən dəyişiklikdir”.