adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Sentyabr 2015 14:43
5024
MƏMLƏKƏT
A- A+

Lənkəranda “Kaspi” Təhsil Mərkəzinin filialı açılıb

Sentyabrın 29-da Lənkəran şəhərində "Kaspi” Təhsil Mərkəzinin filialı açılıb.

Adalet.az xəbər verir ki, açılış mərasimində "Kaspi” Təhsil Mərkəzinin direktoru Elnur Əliyev ölkənin savadlı gəncləri sırasında Lənkəran gənclərinin də öndə getdiyini, bunun rayonda təhsilə ciddi önəm verilməsinin parlaq nümunəsi olduğunu vurğulayıb.

E.Əliyev "Kaspi” Təhsil Mərkəzinin Lənkəran filialının rayonun təhsil prosesinə töhfə verəcəyinə əminliyini bildirib.

Qeyd olunub ki, filialın yüksək keyfiyyətli təhsil xidməti göstərməsi üçün bütün lazımi tədbirlər görülüb və bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.

Sonra E.Əliyev "Kaspi” Təhsil Mərkəzinin rəsmi lisenziyasını filialın direktoru Cavid Nəsirzadəyə təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb.

C.Nəsirzadə yüksək etimada görə minnətdarlığını bildirib, filialda keyfiyyətli tədrisin təşkili istiqamətində əlindən gələni edəcəyini söyləyib.

Tədbirdə çıxış edən valideynlər mərkəzin yaratdığı təhsil xidmətinin keyfiyyətindən razılıqlarını bildiriblər.

Açılış mərasimi "Kaspi” Təhsil Mərkəzinin Lənkəran filialına yeni qəbul olunmuş şagirdlərin iştirak etdikləri əyləncəli bədii hissə ilə başa çatıb.