hacklink Adalet.az | Bayram gəlib - Seyfəddin Altaylı yazır Adalet.az | Bayram gəlib - Seyfəddin Altaylı yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Bayram gəlib - Seyfəddin Altaylı yazır

42642    |   2015-09-24 14:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

BAYRAM GƏLİB

"Gecǝlǝr yarim oldu

Anam anam garibǝm

Ağlamak karım oldu

Hǝr dǝrttǝn yıkılmazdım

Anam anam garibǝm

Sǝbǝbim zalim oldu.”

Xalq mahnısı

Qurban Bayramı gǝldi, bǝzi insanlar bir-biri ilǝ görüşüb bayramlaşdı, bǝzilǝri dǝ müasir texnolojinin imkanlarından istifadǝ edib mǝsajlarla bir-birinin bayramını tǝbrik etdi.

Əziz dostum, Avrasiya Yazarlar Birliyinin Başqanı Yaqub Ömǝroğlu bǝy dǝ hamıya xitabǝn yazdığı tǝbrik peyğamında bunları deyib: "Bayram yapmaya hakkımız var mı bilmǝm ama bayramınız kutlu olsun.” Nǝ gözǝl vǝ yerinǝ düşmüş bir tǝbrik peyğamıdı..!

Qurban Bayramı, Tanrıya olan inamın, onun istǝdiyi yoldan yerimǝyin, ona inamda sǝdaqǝtin rǝmzlǝrindǝn biridi.

Evladı olmayan İbrahim Peyğǝmbǝrin Tanrıya yalvararaq, "Ya Rǝb bir evladım olsun onu sǝnǝ qurban verǝcǝyǝm” deyǝ dua etmǝsi, bu duanı Allahın qǝbul etmǝsi vǝ İbrahim Peyğǝmbǝrin ocağında sevinc külǝklǝrinin ǝsmǝsi, müǝyyǝn bir hǝddǝ çatan oğlu İsmayılı uşaq yaşında Tanrıya verdiyi sözü yerinǝ yetirmǝk üçün aparıb dağın başında gözlǝrini bağlayaraq qurban etmǝyǝ çalışması, ona olan inamındakı sǝdaqǝtini görǝn Tanrının Cǝbrail vasitǝsi ilǝ İbrahimǝ qurbanlıq bir qoçu yollayaraq oğlu İsmayılın ǝvǝzinǝ onu qurban etmǝsini istǝmǝsi, bu münasibǝtlǝ dǝ qurban kǝsmǝ ǝnǝnǝsinin İslam inamına görǝ Tanrıya olan inancın rǝmzi timsalına çevrilmǝsi hamıya mǝlumdu.

Ancaq biz türklǝr Tanrıya olan inamımızı tarix sǝhnǝsinǝ daxil olduqdan sonra bütün yüz illiklǝr boyu büruzǝ verdik, çünki biz millǝt olaraq ona çox yaxındıq. Buna görǝ dǝ Orxun-Yenisey abidǝlǝrindǝ Bilgǝ Xaqan "Türk millǝtinin adı-sanı yox olmasın deyǝ Tanrı mǝni xaqan kimi taxta çıxartdı” deyir. Bilgǝ Xaqan Müsǝlman deyildi, ancaq onun bu ifadǝsiylǝ Tanrıya nǝ qǝdǝr yaxın olduğu aşkar şǝkildǝ başa düşülür.

Qǝdim vaxtlarda, daha düzü hǝlǝ mifoloji çağlarda ulu babalarımız Tanrı Dağlarının ǝn yüksǝk zirvǝsinin olduğu yerǝ gedir vǝ Tanrıya ağ at qurban edirdi. Bu qurban mǝrasimindǝ dǝ ǝn başda xaqan iştirak edirdi. Hal belǝdirsǝ biz İslamiyyǝtdǝn minlǝrlǝ il qabaq qurban kǝsirdik, bunu ǝnǝnǝ halına gǝtirmişdik. Onu bilmǝyǝnlǝr isǝ Türkiyǝ Türkcǝsindǝki bir ifadǝylǝ desǝk "yozlaşıb” yolunu azanlar, Tanrıya inanmayanlardı.

Bu çağda hǝlǝ dǝ qurban kǝsir vǝ bu bayramı bütövlükdǝ qeyd ediriksǝ demǝli biz iki qat Tanrıya yaxınıq. Birincisi ulu babalarımızın yolunu davam etdirmişik, etdirik, onlara sadiq evladlarıq, ikincisi dǝ İslam kimi elmǝ, biliyǝ vǝ elm yolunda yerimǝyǝ üstünlük verǝn bir dinǝ inanırıq.

Sözün burasında ǝn başda qeyd etdiyim xalq mahnısına vǝ dostum Yaqub Bǝyin bayram tǝbrikinǝ işarǝ etmǝk istǝyirǝm:

Mǝnim fikrimcǝ bizlǝrin bu cür bayramları qeyd etmǝyǝ hüququmuz çatmır. Niyǝsinǝ gǝldikdǝ, bunu İslam dininǝ ǝstağfurullah daha inanmayaq fikriylǝ demirǝm.

1-Azǝrbaycan torpaqları işğal altındadı, ulu babalarımızın ruhları, düşmǝn çǝkmǝlǝri altında çığnanan müqǝddǝs yerlǝrimiz üçün narahatdı.

2-Xocalı kimi bir soyqırımın qisasını hǝlǝ dǝ almamışıq, düşmǝnǝ layiq olduğu cavabı verǝ bilmǝmişik. Türkiyǝ-Azǝrbaycan qardaşlığının sǝviyyǝsi düşmǝni, bizǝ qǝnim kǝsilmǝkdǝn yayındırmaq hǝvǝsindǝn hǝlǝ dǝ çǝkindirǝcǝk hǝddǝ çatmayıb.

3-Türkiyǝdǝ aldadılmış vǝ PKK sǝflǝrinǝ qoşulmuş avam vǝtǝndaşlar, tarix boyu kölgǝmiz altında yaşayıb ancaq heç vaxt bizǝ dost olmayan Daşnaqsutyunun tör-töküntülǝrinin fikrindǝ olan terrorçularla ǝlbir olub ölkǝni qana bulayır, onların kökü hǝlǝ dǝ qurudulmayıb. Demǝli Türkiyǝdǝ, hǝlǝ dǝ demokratiya ilǝ axmaqlığın eyni mǝnaya gǝlmǝdiyi tam mǝnasıyla başa düşülmǝyib.

4-Türk xalqları küllü halda elmi vǝ mǝdǝni sahǝdǝ istǝdiyimiz sǝviyyǝyǝ çatdırılmayıb. Ulu Atatürk demişkǝn, "çağdaş millǝtlǝr sǝviyyǝsinǝ” yüksǝlmǝmişik, yüksǝldikdǝ bayramı qeyd etmǝyǝ haqqımız olacaqdı.

5-Birinci növbǝdǝ Azǝrbaycan vǝ Türkiyǝ, bütövlükdǝ dǝ Türk xalqları arasındakı ǝzǝli vǝ ǝbǝdi qardaşlığı, dostluğu istǝdiyimiz sǝviyyǝdǝ möhkǝmlǝndirǝ bilmǝmişik. Bu yolda cǝhd edirik, ancaq daha artıq cǝhd etmǝyimiz vacib bir mǝsǝlǝyǝ dönüb. Türkiyǝ, bu yoldakı aparıcı gücünü istǝnǝn sǝviyyǝdǝ nümayiş etdirǝ bilmir, çünki bizi birlǝşmǝyǝ qoymayan qüvvǝlǝrin gücü bizdǝn üstündü.

İlkin növbǝdǝ ağlıma gǝlǝn bu beş maddǝni bacarmış olsaydıq bugün İslam dünyasında heç kǝs nahaq yerǝ qan tökǝ bilmǝzdi. Allahu ǝkbǝr deyǝrǝk müsǝlmanlar bir-birinin kǝllǝsini kǝsmǝzdi, miylonlarla insan od-ocağından didǝrgin düşüb bir tikǝ çörǝk üçün Avropalıların qapısında zǝlil vǝ zǝbun olmazdı.

Dövlǝtlǝrimizin günü-gündǝn güclǝnib-qüdrǝtlǝnǝrǝk, düşmǝn toxmağına çevrilmǝsi, mǝzlumların pǝnah mǝkanına dönmǝsi arzusuyla.




İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK