adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Sentyabr 2015 13:12
17474
ŞOU-BİZNES
A- A+

Əfsanəvi “Pole Çudes”in muzeyi açılacaq

"Ostankino” teleqülləsində uzun zamandır efirdə olan, sevilən "Pole Çudes” verilişinin muzeyinin açılışı olacaq. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, illərdir iştirakçılar tərəfindən verilişə gətirilən hədiyyələrdən ibarət muzey sentyabr 25-də açılacaq. Verilişin 25 illik yubileyi ilə əlaqədar açılan muzey əvvəllər mövcud olsa da, ictimaiyyət üçün açıq deyildi. "Pole Çudes”in aparıcısı Leonid Yakuboviç açılış mərasimində ən maraqlı hədiyyələr və onların tarixçəsi barədə iştirakçıları məlumatlandıracaq.

"Ostankino” teleqülləsinin direktoru Mixail Şubin bildirir ki, bu muzeyin açılışı çox əhəmiyyətli hadisədir: "Əfsanəvi binanın, əfsanəvi verilişi... Nəzərə alsaq ki, bu muzeyin yaranışında təkcə televiziyanın deyil, həm də tamaşaçıların da əməyi böyükdür, bundan maraqlı nə ola bilər ki!”

Muzeydə 5 min eksponatın nümayiş olunacağı gözlənilir.

"Pole Çudes” 1990-cı il, oktyabrın 25-də ilk dəfə efirə çıxıb. ABŞ-da "Fələk çərxi” adıyla yayımlanan və dünyanın bir çox ölkələrində təqdim olunan verilişin rus versiyası ən uzunömürlü sayılır.  


Şəfiqə ŞƏFA