adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

QAZ ZƏRBƏSİ...

BABƏK YUSİFOĞLU
60111 | 2012-12-20 12:33

RuslarQəbələ "RLS"ləbağlı Azərbaycanın yeni şərtləri ilə razılaşmadıqlar üçün stansiyanın fəaliyyətinəson verdilər. Bu hesabla buradaMoskvanın rəsmən bircə əsgəri də qalmadı. Bu da iki dövlət arasındamünasibətlərin yeni səhifəsi hesab edilə bilər. Həqiqətən də hadisələrin buşəkildə inkişafı ən müxtəlif versiyalara yol açmaqdadır. Kimlərin nə yorumverməsindən asılı olmayaraq ermənilər yalnız bayram edəcəkləri yeganə birvariantı - Kremllə Azərbaycan arasındagərginlik yarandığını önə çəkərək ən müxtəlif səviyyələrdə hallandırmağabaşladılar. Hətta ilkin mərhələdə özlərini daha canıyanan göstərərək Moskvayatəklif də etdilər ki, "RLS"-iErmənistan ərazisində qursun.

Lakinbu cür perspektiv Kremlə sərfəli olmadığı üçün ermənilərin iştahlarıqursaqlarında qaldı. Yəni ruslar belə bir işin iqtisadi cəhətdən onlara heç cürəl veremədiyini bildiyindən özünün Dağıstan ərazisində olan "RLS"əəlavə funksiyalar yükləməklə vəziyyətdənçıxmağı göz altına aldılar. Məhz bundan sonra indiki hakimiyyətə müxalif olanbəzi siyasilər Rusiyanın ermənilərdən yalnız bir alət kimi istifadə etdiklərinitənqid atəşinə tutdular.

Əslindəson dövrlər həm Rusiyada, həm də Ermənistanda ictimai rəydə müəyyən dəyişiklikbaş verməkdədir. Rusiyanın ağıllı iqtisadçıları və obyektiv ekspertləri indihakimiyyətə anlatmağa çalışırlar ki, sosial və iqtisadi problemlər içərisindəolan Rusiyanın ac-yalavac erməni əhalisini yedirtməsi heç nəyə yaramır. Bu yalnız əlavəmilyonlarla vəsaitin havaya sovrulması deməkdir. Üstəlik bununla Moskva böyük təbii resurslara malikAzərbaycanla, nəhəng həcmli mal dövriyyəsi olan Türkiyə ilə münasibətlərə ziyan vurur. Lakin hələlik bucür çağırışlar öz yerini tapa bilmədiyindən proseslərdə fərqlilik gözədəymir. Amma...

Ammabəzi məsələlər var ki, burada reallıqdan qaçmaq mümkün olmur. Bu da ən çoxiqtisadi maraqlarda özünü göstərir. Ermənistanın bütün müəssisələrini, gəlirgətirə biləcək obyektlərini ələ keçirən ruslar əvəzində erməniləri özlərindənelə vəziyyətə salıbar ki, heç Rusiyanın öz vilayətlərinin, ərazi sybyektlərininmərkəzdən belə total asılılıqları mövcud deyil.

Qışartıq astanadadır. Lakin Ermənistanın enerji və təbii sərvətlər naziri ArmenMovsisyan bəyan edib ki, Rusiyanın "Qazprom"şirkəti Ermənistana verdiyi qazın qiymətini bir daha artırmağa hazırlaşır. Onunsözlərinə görə, rus qazının yeni tarifləri dekabrın sonunda məlum olacaq.Əslində energetika və təbii sərvətlər nazirliyi bir neçə ay idi ki, Ermənistananəql olunan qazın qiyməti barədə "Qazprom"la danışıqlar aparırdı. Ermənilərin bütünxahişlərinə, yalvarışlarına baxmayaraqRusiya qiymətlərin artıralacağına dair fikrində israr edir.

Məlumolduğu kimi hazırda Ermənistan Rusiyadan qazın hər 1000 kubmetri üçün 180dollar pul ödəyir. Yeni anlaşmadan sonra isə qiymətin 200 dolları ötəcəyisöylənilir. Bu isə acından ölən Ermənistan üçün bir fəlakət siqnalı ola bilər.Çünki qazın qiymətinin artması təbii ki,həm qazla bağlı xidmət sahələrində, həm də bir sıramüəssisələrdə qiymətlərin yüksəlməsinə gətirib çıxaracaq. Hələ bəzi kommunalsahələrdəki qiymət artımını da nəzərə alsaq vəziyyətin necə kritik bir həddəçatacağını aydın təsəvvür etmək mümkündü.

Situasiyanınhansı səviyyədə təhlükəli olduğunu gələn reaksiyalardan da görmək mümkündü.Erməni parlamentinin üzvü Artsvik Minasyan təəccübünü gizlətməyərək deyib ki,Rusiya öz strateji müttəfiqinə qazı niyə baha qiymətə satdığını heç cür başa düşmür. A. Minasyan: "Erməniistifadəçilərinə verilən qazın qiyməti Rusiya ərazilərinə verilən qazınqiymətindən yüksək olmamalıdır. Çünki "ArmRosqazprom"unakslyalarının 80 faizi Rusiyanın "Qazprom"kompaniyasına məxsusdur".

Deputatdaha sonra bildirib ki, 10 il əvvəl "Borcagörə avadanlıqlar" razılaşmasına görə,Rusiya öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. "Əldəolunan razılaşma çərçivəsində Rusiya tərəfi bizdən aldıqları hər şeyə görəburada yeni iş yerləri yaratmalıydı. Amma bunlar baş vermədi".

Eks-başnazir, millət vəkili Qrant Baqramyan deyib: "ErmənistanUkrayna deyil. Məsələ ondadır ki, Rusiya qazı Ukraynaya satır, lakinErmənistana yox. Çünki "ArmRosqazprom"in80 faizi Rusiyaya məxsusdur. Belə çıxır ki, "Qazprom" qazı ona məxsus tranzit kompaniyasına satır.Ermənistan belə bir sxemdə ümumiyyətlə yoxdur. Mən başa düşə bilmirəm, ermənitərəfi kiminlə və nə üçün danışıqlar aparır".

Hazırdabu mövzu Erməniatanın gündəmini zəbt edib. Və ermənilər hələ də ümid edirlərki, bu yolla "Qazproma"təsir edə biləcəklər. Amma unudurlar ki, Moskvanın özü də bu məsələdə güzəştə getmək istəsə bu, alınmayacaq. Çünki əvvəldə qeyd etdiyimizkimi, Rusiyanın özündə iqtisadi-sosial durum etbarlı deyil. Əlbəttə, o dagözlənilir ki, ruslar "fors-post"larısayılan ölkəyə müəyyən qədər güzəştə getsinlər, lakin bu mütləq mənadamüvəqqəti xarakter daşıyacaq. Və bugünkü tələbləri nəzərə alsaq əsaslı şəkildə qiymət artımından qaçmaqmümkün olmayacaq.

Onlaraelə gəlirdi ki, qonşuları Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasətiyeridib Rusiyanın maşasına çevirilməklə özünü bütün təhlükələrdən qarantiyaaltına ala biləcək. Amma hadisələrin gedişi göstərir ki, bu heç də belə deyil.Və yaxın gələcəkdə Ermənistanın dahaböyük təhlükələrlə üz-üzə qalacağı labüddür. Çünki getdikcə Ermənistanda vəziyyət daha dapisləşəcək, Rusiyanın başı isə daha çoxöz problemlərinə qarışacaq...

BABƏKYUSİFOĞLU

[email protected]

TƏQVİM / ARXİV