ATILAN İLK ADDIM

ƏBÜLFƏT MƏDƏTOĞLU
198008 | 2012-12-20 12:31

Bugünün Azərbaycan reallığı kifayət qədər rəngarəngdir. Bu rəngarəngliyiniçərisində siyasi müstəvi daha çox diqqəti çəkir. Çünki istər hakimiyyətdə olanlar, istər hakimiyyətəiddialılar, istər hər iki tərəfə müxaliflər, istərsə də heç nəyin fərqinəvarmadan hər şeyə süst baxışlarla müşahidə missiyasını yerinə yetirənlər özgücləri daxilində həmin meydanda görünürlər. Yəni siyasi meydan dünyanın həryerində olduğu kimi, Azərbaycanda da ağzı qapalı qazan kimi qaynayır.

Təbii ki, ölkə iqtidarı təkcə ölkənin siyasimeydanın deyil, həm də onun iqtisadi, sosial meydanında da öz siyasətini yerinəyetirir. Bu tərəf birbaşa olaraq, daha doğrusu, bu meydan konkret olaraqiqtidarın nəzarəti altında qalır. Çünki hakimiyyət dövləti, onun vətəndaşlarınıiqtisadi, sosial baxımdan qurmaq, təmin etmək yükünü istər-istəməz bir vəzifəkimi daşımaq zorundadır. Amma siyasi müstəvi təkcə ölkədaxili yox, həm də dünyaçapı üçün önəmli olduğundan buraya əvvəldə saydığım tərəflərin də, iqtidarın daayrıca diqqəti olur və bu diqqət də müxtəlif məqamlarda müxtəlif fikirayrılıqlarına, hətta çəkişmələrə da aparıb çıxara bilir.

Bax,dediyimiz bu siyasi müstəvi həm də bu səbəbdən öz qaynarlığı ilə seçilir. Üstəgəlbu qaynarlığı qidalandıran hakimiyyətə gəlmək istəklərini və onun üçün veriləndəstəkləri. Onda əvvəldə qeyd etdiyimiz rəngarənglik bir az artıq diqqət çəkir.Belə bir şəraitdə ölkədə demorktiyanın göstəricilərindən birinə çevrilən sözazadlığı, fikir azadlığı, siyasi partiya və təşkilatların və qurumlarınmövcudluğu təbii ki, normal qarşılanır. Ən maraqlı məqamlardan biri də odur ki,təkcə ölkə içində yox, ona kənardan baxanda da həmin o detallar ölkənin nəqədər demokratik olduğunu təxmin etməyə imkan verir.

Bəlliolduğu kimi, dünyanın qabaqcıl ölkələrində, xüsusilə Avropanın bir çoxməmləkətlərində siyasi partiya və təşkilatların yaşamının, onun fəaliyyətinindavamlığını təşkil etmək, ona dəstək vermək, lap sadə dildə desək, həminpartiya və təşkilatlara nəfəs vermək üçün dövlət tərəfindən müəyyən vəsaitlərayrılır. Əslində həmin vəsaitlər ölkə daxilində mövcud olan siyasi partiya vətəşkilatların qidasına çevrilir, yaşamı üçün yaradılmış şərait olur. Deməli,dünya praktikasında mövcud olan bu üsul artıq son illərin Azərbaycanında da öztəsdiqini tapmağa başlayır. Zaman-zaman mətbuatda qabardılan, xüsusilə müxalifdüşərgənin tez-tez dilə gətirdiyi "siyasipartiyalara maliyyə yardımı" məsələsiməmləkətin gələn ilki dövlət büdcəsində öz əksini tapıb. Hələ büdcəninmüzakirələri zamanı parlamentarilərin disskusiya mövzusuna çevirdiyi, fərqlibaxışlarla müzakirə etdikləri həmin istək indi qanun halını alıb.

Siyasipartiyalara maliyyə yardımının ayrılmasıilə bağlı ölkə gündəmində olan yanaşmaları gözdən keçirəndə aydın olurki, müəyyən mənada müxalif düşərgə də bu məsələdən məmnundur. Doğrudur,ayrılacaq maliyyə yardımı ilə bağlı yerli icra strukturlarına hesabat verməkməsələsi bir balaca dilxorçuluğa səbəb olsa da, bütövlükdə maliyyə yardımınıngöstərilməsi siyasi partiyaların bəzilərini xarici qrantlardan, asılılıqlardanxilas olmaq şansını da ortaya qoyub. Təbii ki, bu istək həmin qranta gözdikənlərin öz daxilində olsa.

Bütövlükdəisə partiyalara maliyyə yardımı ilə bağlı gündəmdə olan məsələni şərh edən millətvəkili Aydın Mirzəzadə birmənalı olaraqvurğulayır ki, "birinci dəfədir ki,ölkəmizdə bundan istifadə olunacaq, artıq bununla bağlı vəsait də artırılıb, busevindiric haldır". Doğrudan da siyasihəyatda atılan bu addım partiyaların özüzvlərindən topladıqları maliyyənin, eləcə də müxtəlif formalarda əldəetdikləri maddi dəstəklərin üst-üstə yığılıb normal bir məbləğə çevrilməsinəimkan verəcək. Deməli, həmin vəsait Azərbaycan kimi bir ölkədə gündəmdə qalmaq,siyasi fəaliyyətini normal davam etdirmək üçün tutarlı bir imkan yeridir. Bunuzənnimcə dürüst qiymətləndirmək və məbləğin həcmi ilə bağlı bugünküdisskusiyaları daha əsaslı və təkmil şəkildə növbəti illərə hazırlamaqlazımdır. Çünki həyat davam edir və Azərbaycanın iqtisadi uğurları dəfələrlə büdcəyəyenidən baxılması məsələsini ortaya qoyur. Ola bilsin ki, bu hal yenə gündəmdəolsun. Deməli, siyasi partiyalara maliyyə ayrılması məsələsi də həmin andadiqqəti çəkə bilər.

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV