hacklink Adalet.az | TÜRKİYƏDƏKİ TERROR Adalet.az | TÜRKİYƏDƏKİ TERROR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TÜRKİYƏDƏKİ TERROR

17738    |   2015-09-12 01:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Nahaq yerə bir şəxsi öldürən kəs, bütün bəşəriyyəti öldürmüş sayılar"
Hz. Məhəmməd Peyğəmbər


Terror bəlası neçə ildir ki, ayı kimi qış yuxusuna yatmışdı. Çox çəkmədi onu yenidən oyandırdılar və təkrar Türkiyənin canına daraşdırdılar.
Bəzi ağzı göyçək siyasilər "çözüm sürəci" adını dillərinə dolayıb güya ki müəyyən hüquqları əlindən alınan kürdlərə o haqları qaytaracaqdılar. əslində onlar öz siyasi maraqlarına xidmət edən bu nağılla milləti illər uzunu oyaladılar, daha düzü aldatdılar. Türkiyə Türkcəsində bir ifadə var "takkə düştü kəl göründü", yəni xoruzun quyruğu ortaya çıxdı.
Türkiyədə kürdlərin sayı özünü öldürsə yeddi milyondu və bunun uzaq başı bir-iki milyonu Şərqi və Cənubşərqi Anadoluda yaşayır, qalanı Türkiyənin müxtəlif bölgələrinə, xüsusilə də İstanbul, Ankara, İzmir, Adana, Mərsin, Muğla kimi vilayətlərə dağılıb. Türkiyədə yaşayan hər bir Kürd, digər vətəndaşlar kimi bütün hüquqlara malikdi. Türkiyənin məktəblərində oxuyur, müəllimdən tutmuş hərbçiyə, polisdən tutmuş həkimə, mühəndisə kimi bütün məsləklərə yiyələnə bilir, bütün sahələrdə işləyə bilir, millət vəkili, nazir, baş nazir və cümhur başqanı ola bilir. Türkiyə onlara dövlət televiziyası və radiosunda xüsusi kanallar açıb, orda kürd dilində verilişlər aparılır, həm də 24 saat. Dünyanın heç bir ölkəsində dövlət, rəsmi dövlət dilindən özgə bir dildə nə radio nə də televiziya açıbdı. Misal üçün desək İngiltərədə, ABŞ-da, Almaniya və ya Fransada, dövlət rəsmi dildən özgə hər hansı bir dildə nə televiziya açıb, nə də radio. BBC, AFP, CNN və digər agentliklərdəki radio və televiziya kanalları da müstəmləkəçilik siyasəti yeridən dövlətlərin, geridə qalmış, avam millətləri öz torlarına salmaq üçün istifadə etdikləri tilovdan savayı heç nə deyildir.
Türkiyədəki terror, kürdlərin hüquqlarının tapdalanması və ya qaytarılması ilə bağlı deyil. PKK, kürdlərin hüququnu qoruyan bir təşkilat da deyil. Elə olsa erməni terror təşkilatı ASALA ilə niyə əməkdaşlıq sazişi imzalayıb və erməni terrorçuları aldadılmış kürdlərlə çiyin-çiyinə Türkiyəyə qarşı döyüşürə Araşdırmaçı jurnalist Anar Yusifoğlunun "Atilla" jurnalının axırıncı nömrəsində maraqlı bir yazısı çap olunub. Yazının bir hissəsində ASALA ilə PKK arasında bağlanan saziş ifşa edilib. Anar Yusifoğlu yazır:
"PKK ilə ASALA arasında 1987-ci ildə ilk razılaşma imzalanıb. Şərtlər: Ermənilər PKK düşərgələrində təlim keçə bilərlər; Hər bir təlimçi üçün ASALA PKK-ya ildə 5 min dollar ödəməlidir; Ermənilər lokal terror əməliyyatlarında iştirak edirlər; ASALA ilə PKK arasında 1990-cı il aprelin 18-də ikinci saziş imzalanır. Sazişə görə: PKK və ASALA birgə idarə edilir (Akop Akopyanın 1988-ci ildə ölümündən sonra idarəçiliyin ağırlığı PKK-ya verilir); Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən terrorda kəşfiyyat əməliyyatlarını ermənilər aparır; Aparılan mübarizənin nəticəsi olaraq əldə olunan torpaqlar ASALA və PKK arasında bərabər bölünür; Təlim bazalarının xərclərinin 70 faizini ASALA çəkir; Türkiyənin böyük şəhərlərində terror aktları birgə həyata keçirilir; Qarabağda tərror əməliyyatlarında PKK da canlı qüvvə ilə iştirak edir".
Anar Yusifoğlunun dilə gətirdiyi bu fikirlərə inanmayanlar ola bilər, ancaq onun irəli sürdüyü faktları bir neçə gün qabaq Türkiyənin gilənar beretli bir manqa hərbçisinin cəhənnəmə vasil etdiyi 75 PKK-lının meyidi sübuta yetirib. Məhv edilən 75 PKK-lının tamamı sünnətsizdi, yəni ermənidilər. Gilənar beretli 12 hərbçi, PKK-lı 25 qulduru da həmin əməliyyatda əsir götürüb boyun-boyuna bağlayaraq aparıb ədalətə təhvil verib. Deməli PKK kürdlərə yox erməni ASALA terror təşkilatına, dolayı yolla da ASALA-nı yaradıb Türkiyənin üstünə qısqırdanlara xidmət edir.
Bir fakt daha. PKK səflərində ermənilərdən özgə millətlərə məxsus casuslar və terrorçular da Türkiyəyə qarşı döyüşür.
PKK tərroru yaranmazdan əvvəl hər bir kürdün qapısında azı 50 qoyunu vardı. Türkiyə Orta Şərq ölkələrinə və Avropaya canlı heyvan satırdı, kürdlərin cibi pulla doluydu. PKK terroru yaranandan sonra onların saxladığı qoyun sayı on faizə düşdü. Kəndini-kəsəyini tərk edən kürdlər ehtiyac içindədilər. 70-ci illərdə qoyun ətinin kilosu 15 lirə idi, indi isə 50 lirədi və Türkiyə xaricdən ət itxal edir. Bilmirəm kürdlər papaqlarını qabaqlarına qoyub bu faktı fikirləşir ya yoxə
Turqut Özal cümhurbaşqanı oldu, özü kürd idi. Yüzlərlə kürd millət vəkili məclisdədi, onlardan nazirlər də var, Türkiyə kimin hüququnu tapdalayıb bəsə Mənim bir qonşum vardı orduda genrallığa kimi yüksəlmişdi, adı da Sait Dəyər idi, Allah uzun ömür versin çox gözəl insandı. Kürdlərlə milyonlarla insan qız alıb, qız verib qohum olub, onlarla hərhansı problem də yaşamayıb, yaşamamışıq. Nə hikmətdirsə Türkiyənin dirçəlməyə başladığı 1970-ci illərdən kürd terroru qədəm götürüb həm də Abdullah Öcalanın Bilderberg yığıncağında iştirak etməsindən sonra. PKK da həmin yığıncaqda onun iştirakından sonra yaranıb. Bunlar təsadüfdürmüə
Sağ-sol hadisələri, ASALA, PKK, Hizbullah, məzhəpçilik, təriqətçilik kimi problemlərin kökü 11-ci əsrdən başlayıb, yəni Səlib Yürüşlərindən. İstəyən Səlib Yürüşlərinin səbəbini araşdıra bilər. O yürüşləri kim təşkil edib, hansı dövlətlər orda iştirak edib, Səlcuq və Osmanlı imperiyalarını tənəzzülə uğradan səbəblərdən biri də Səlib Yürüşlərini təşkil edən imperialistlərin ideyasına xidmət edir ya etmir onu başa düşə bilər.




YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK