ALLAHDAN GƏLƏN CƏZA

ƏBÜLFƏT MƏDƏTOĞLU
34222 | 2012-11-03 00:35
İndi gündəmi məşğul edən, demək olar ki, böyük əksəriyyəti öz əhatəsinə alan sosial şəbəkə, yəni internet yazışmaları bir çox məqamları çılpaqlayır, bir çoxlarını da arxa plana keçirir. Sanki bu şəbəkədə hər kəs bir fürsət gözləyir, yazılan hər bir fkirə, hər bir sözə dərhal münasibət bildirilir. Özü də təkcə münasibət yox, bəzən müzakirələr də açılır. Yerli-yersiz hər kəs öz gücünə, bacarığına görə içində olanı açıb tökür ortaya. Təbii ki, bu, yaxşı olduğu qədər də həm də mənə görə ziyanlı bir vərdişdi. Çünki bəzən məsələyə elə münasibətlər, elə müdaxilələr olur ki, ən azı bu, yumuşaq desək, adamın ətini tökür, əsəbiləşdirir və istər-istəməz adamın ağlına çox kobud bir fikir gəlir:
   
   - Başın girməyən yerə...g
   
   Hə, deməli, bu günlərin söhbətidir. Sosial şəbəkədə noyabr ayının gəlişi ilə bağlı fikirlərə bir münasibət bildirdim. Yazdım ki, hamıya olmasa da, insanların müəyyən qisminə sevinc gətirən bu ayın mənim həyatımda izi tamam fərqlidir. Çünki oktyabrın sonuncu gecəsi, bir az da dəqiq ifadə etsəm, noyabra açılan səhər mənim həyatımın ən ağrılı, ən acılı, ən müdhiş bir məqamıdır. Çünki məhz həmin gecə mənim evim, ocağım, kəndim yağmalanıb, yurd-yuvam dağılıb, özüm Vətən adlı bu məmləkətdə sözün əsl mənasında vətənsiz olmuşam və həmin səhəri ürəyimin ağrılı pıçıltılarını belə ifadə etmişəm:
   
   yandı evim-eşiyim,
   
   yandı divarım, daşım.
   
   isit, qoyma üşüyüm,
   
   isit məni, göz yaşım!
   
   Mənim noyabrın gəlişi ilə bağlı yazdığım bu fikirlər çox qəribə qarşılandı və istər-istəməz yadıma ikinci bir məqam düşdü. Qəti şəkildə anladım ki, hər kəsin can köynəyi özünə yaxın olduğu kimi, dərdi də, sevinci də, kədəri də, xoşbəxtliyi də, bir sözlə, bütün duyğuları özünə hamıdan daha çox yaxındır. Sadə şəkildə ifadə etsəm, mənim barmağıma batan tikanın ağrısı başqası tərəfindən ən yaxşı halda sözlə ifadə edilə bilər. O ağrı mənim yaşadığım kimi, başqa bir kimsə tərəfindən yaşana bilməz. Çünki o, özəl ağrıdır, öz əlimin, öz canımın ağrısıdı.
   
   Doğrudan da həmin o ağrılı məqamdan mənim üçün başlanan ikinci bir həyat səhifəsi elə bil ancaq qara qələmlə qara rəngdə yazılmağa başladı. Bu, ikinci həyat demək deyildi. Bu əslində didərgin bir ruhun nəfəssiz bir canda arabir görünüb çəkilməsi, bir növ ölüb-dirilməsi kimi bir şeydi. Təbii ki, həmin o didərgin ruh özünün varlığını təkcə noyabrın gəlişi ilə deyil, həm də o illərin müxtəlif məqamları ilə, xüsusilə itkilərlə, şəhidlərlə bağlı anların xatırlanması, göz önünə gətirilməsi, daha çox isə o illərlə bağlı söhbətlərin mövzularında yenidən özünü göstərirdi. İstər-istəməz müharibəylə, ölüm-itimlə, didrginliklə bağlı söhbətlər mənim özümdən kənarda özümü daha rahat hiss edən ruhuma sanki yaşamağın və yaşadıqlarımın xəritəsini cızır, ona hər şeyi qan yaddaşında yaşatmaq gücünü göstərirdi.
   
   İndi noyabr da gəlib. Təsəvvür edin ki, mütəxəssislərin dediyinə görə, bu ilin payızı son 50-60 ilin ən isti payızlarından biridi. Amma neyləyim ki, bu payız hətta onun həyatımıza daxil olan noyabr ayı mənim üşüyən ruhumu isidə bilmir. Səbəb bəllidir. Hərdən mənə elə gəlir ki, bu bəlli səbəbdən can qurtarmaq üçün haraya, nəyə üz tutsam da heç nəyə nail ola bilməyəcəm. Belə bir anda yadıma çox dəyərli bir deyim düşür:
   
   Südlə gələn sümüklə çıxır...
   
   Deməli, mənim ağrılarım da, itkilərim də bir növ südlə canıma hopub. Onu canımdan ancaq cismimin özü çıxara bilər. Yənig
   
   Mən bütün bunları elə-belə yazmadım. Əslində yazmaya da bilərdim. Ancaq həmin o sosial şəbəkədəki notlar yenidən üstümə soyuq su səpdi və anladım ki, mənə sevinmək olmaz. Çünki...g
   
   gəlişin
   
   yaddaşıma od vurur
   
   tüstülənir xatirələrim
   
   içimi
   
   payız yelləri
   
   sovurur
   
   qarma-qarışıq düşür
   
   keçmişdə qalan günlərimg
   
   mən hər dəfə
   
   daha doğrusu
   
   düz iyirmi bir ildir ki,
   
   oktyabrın son gecəsinə
   
   havalı kimi baxıram
   
   havalı kimi düşürəm
   
   yanan kəndimlə yanıb
   
   sabaha kösöv kimi
   
   çıxıramg
   
   yenə gəlmisən
   
   özün də nələr çəkdiyimi
   
   bilə-biləg
   
   ağlımdan keçir
   
   elə-belə
   
   görən gün gələcəkmi
   
   eşidim
   
   xəbər tutum
   
   özümü unudum
   
   və
   
   acı xəbərə sevinim-
   
   daha gələ bilmirsən
   
   yıxılıb ölmüsən-
   
   həyatımın ağrılı anı
   
   ağrılı günü...g
   
   ***
   
   İndi noyabr deyəsən özünü göstərir. Çünki havanın damarı bir az boşalıb. Adam sümüyünü isitmək istəyir. Bayırda da yağışdan tutub göyə çıxmaq imkanı var. Amma hələ ki, şəxsən mən göyə çıxmaq istəmirəm. Çünki yerdə kifayət qədər problemlərim var. Elə problemlər ki, onu yalnız özüm həll etməliyəm, özüm çözməliyəm. Damından su daman evin damını da düzəltməliyəm, gölməçələrini keçə bilmədiyimiz cığırı da qaydaya salmalıyam, uşaqların qış geyimini də, üstəlikg
   
   Hə, əsas məsələ də "bu üstəlik" dediyimdi. Çünki bütün hallarda yükün ağırı, daşın böyüyü, lap elə işin çətini öndə gedənin, önə çıxanın üzərinə düşür. Bax, bu mənada mən yükümün nə boyda olduğunu həmin o həyatımın müdhiş gecəsindən dərk etməyə başaldım. Həmin gecəyə qədər nələrdənsə yan keçə bilirdimg kimlərisə görməməzliyə vura bilirdimgharalarısa unudurdumg və beləcə mən də kiminsə gözünə görünmür, kiməsə xatırlanmır, kimlərsə tərəfindən xatırlanmırdım. Həmin o gecə bütün bunların hamısını vurub sındırdı. Həyatımda təzə bir səhifənin təzə abzasının təzə yazıları başladı. 21 ildi ki, mən o təzə səhifənin təzə abzasının təzə yazılarını gah könüllü, gah da zorla oxuyub icra edirəm. Çünki etməmək mümkün deyil. Orda bir övlad haqqı, orda bir dost-qohum borcu, orda bir insanlıq tələbi var. Bu tələblər, bu istəklər haqlı olsa da, olmasa da onu yerinə yetirmək lazımdırg
   
   Bəli, indi həyatın bütün bu yazdıqlarımı kimlərin necə qəbul edib-etməyəcəyindən asılı olmayaraq, bir özəl anını da yazıb-yazmamaq barəsində götür-qoy edirəm. Tərəddüdüm də səbəbsiz deyil. Necə qarşılanıb, necə anlaşılacağını dəqiq bilmədiyim üçün həmin o tərəddüd hissi boy göstərir. Amma neyləyim ki, bütün həyat təkcə mənim üçün yox, hər kəs üçün bir sualı qabardır:
   
   - Görəcəyin, edəcəyin, atacağın addım qurban tələb edir!
   
   Deməli, insan bir varlıq olaraq həmişə bu qurbana hazır olmalıdı. Mən kifayət qədər anlaqlı bir şəkildə deyə bilərəm ki, mənim yaşamımın, mənim duyğularımın arxa planı yoxdu, heç nəyi pərdə arası üçün saxlamıram. Nəyim varsa, təbii ki, söhbət iç dünyamdan gedir, hamısı göz önündədi, hamısı misralarımdadı, hamısı yazılarımdadı. Bəzən haqlı-haqsız iradlar olur. Hətta duyğuları bu qədər qabartmağımı yersiz də sayırlar, yaşıma uyğun bilmirlər. Olsun, bunun elə bir önəmi yoxdur. Çünki hər kəs öz fikrində, öz qərarında sərbəstdi. Mənim də duyğularım, düşündüklərim elə həmin o sərbəstliyin ifadəsidir. Başqa cür də ola bilməz. Çünki iç dünyamın, duyğularımın bütün pıçıltıları yalnız bəlli ünvana, bəlli həyata yönəlibdi. Ona görə kiminsə qədərimə, kiminsə kədərimə laqeydlik göstərməsi heç ürəyimcə deyil. Hətta bu cür yanaşanları özüm üçün arzuolunmaz sayıram. Həmin pıçıltıları, həmin duyğuları misralarımla təqdim etmək, daha doğrusu, misralara çevirmək mənim daxili rahatlığımdı.
   
   sən mənim qədərimi
   
   gülünc sayma, gülümsəg
   
   qoy baxıb təbəssümə
   
   bir azacıq da artıq
   
   yaşayıb, sevim onu-
   
   bütün özəlliyiylə-
   
   o mənim öz gülümsə!
   
   
   
   sən mənim kədərimi
   
   göz yaşına çevirmə
   
   kipriklərin nəm olsa-
   
   gülümsəg
   
   qoy baxıb gözlərinə
   
   bir azacıq da artıq
   
   dərinliyinə dalıb
   
   yaşayıb, sevim onu
   
   bütün gözəlliyiylə-
   
   o mənim özümünsə!..
   
   
   
   sən mənim qədərimi
   
   sən mənim kədərimlə
   
   qarışdırma, ayırma
   
   sənə doğma qədərlə
   
   sənə əziz kədərlə
   
   baş-başa ver, gülümsə
   
   o təbəssüm mənimsə!..
   
   
   
   ***
   
   Günün gerçəkliklərini görməmək normal insan üçün qəbahətdir. Amma elə gerçəkliklər də var ki, o, görünmür. Onu fəhm etmək, onu duymaq, onun varlığını ən azı dərk etmək lazımdır. Bax, bu mənada yazının başlığına çıxardığım fikir yəqin ki, duyğusal insanların qəlbinə yol tapacaq, nə demək istədiyimi anlayacaqlar. (Bax, yazının bu yerində paytaxta yağan güclü yağış özülsüz evimin gününü "göy əsgiyə" bükdü", yəni su basdı. Qalanını özünüz təsəvvür edin - Ə.M). Mən ömrümün bütün məqamlarında səmimiyyəti hər şeydən üstün tutmuşam. Düşünmüşəm ki, rəhmətlik Xudu Məmmədov demişkən, adam adam olmalıdır. Yəni adam səmimi olmalıdır. Səmimiyyət çox vaxt başağrısı, dilxorçuluq da gətirir. Çünki sənin səmimiyyətinin qarşılığı olmur. Əksinə, səni avam, nadan yerinə qoyurlar. Elə bilirlər ki, bu dünyadan, baş verən proseslərdən hali deyilsən. Bu da həmin o dediyim səmimiyyətin ən yaralı yeri, bəlkə də şah damarıdır. Nə isəg
   
   Deməli, Bakıya yağan yağışın iş otağımın pəncərəsinə dəyən damlaları o qədər iri idi ki, damlaların səsini rahatca hiss edirdim. Amma bu səsi qavramaq, araşdırmaq, ona ən azı bir addım yaxın getmək halında deyildim. Çünki içimdə, ətrafımda, bütövlükdə çevrəmdə elə bir sükut var idi ki, o sükut məni vahimələndirirdi. İllah da ki, qarşılaşdığım, gördüyüm mənzərələr. Xırda bir addımın, kiçik bir hərəkətin, lap elə qarışqa boyda bir nöqsanın adamın həyatını necə alt-üst etdiyini bir anlıq təsəvvür edin və görün ki, iç dünyamızın qapı-pəncərəsi necə döyülür, necə sizin varlığınız suallarla, nidalarla üz-üzə qalır vəg
   
   Sizləri deyə bilmərəm, mənim üçün indiki halda dünyanın bütün sualları və nidaları elə bil ki, oxdu, nizədi. Çünki onlar həmin o noyabra təsadüf edir, həmin o iç dünyamın qara qələmlə yazılan səhifəsinin ilk abzasına tuş gəlir. Mən özüm də bilmədən, bəlkə də bilərəkdən eləcə bir insan haqqının necə tapdandığını, necə ayaqaltı olduğunu görə-görə ona dözürəm, onu yaşayıram. Anlayıram ki, bu, Tanrı yazısıdır və bunu yaşamaq mənim bir Allah bəndəsi olaraq borcumdu. Amma onu da etiraf edim ki, borclarım o qədər artır ki, hərdən özümü də borc kimi təsəvvür edirəm. Öncə torpağa, öncə sənə, sonra övladlarıma, sonra millətə, sonra yerə, göyə, sonra da bütün borcların qarşılığına.
   
   Bütün borcları verməyə təbii ki, ömrüm çatmayacaq. Amma iki borc mənim üçün daha önəmlidi: torpağa və sənə olan borcum! Düşünürəm ki, təmiz adla, az-çox bacardığım işlərlə şərəfli bir sonluq torpağımın bir çimdik artması ilə torpağıma olan borcumu azacıq da olsa ödəyəcək. Amma sənə olan borcum çətin ki, ödənilsin. Çünki bu borcun nə ölçüsü, nə miqyası, nə çəkisi, bir sözlə, heç nəyi yoxdu. Hansısa bir meyar tapa bilmirəm ki, həmin borcu dəyərləndirim. Qəti əminəm ki, bu, Füzulinin yaratdığı Məcnun borcudug bu, Hüseyn Cavidin yaratdığı Sənan borcudug bu, ümumiyyətlə, Tanrının yaratdığı sevgi borcudu. O borc təkcə can istəmir, xidmət istəmir. O borcun istəyi insanın bütövlüyüdü, hər şeyidi. Saçından dırnağına, gözündən ürəyinə, dilindən əlinə, bir sözlə, bütün varlığına aid olan borcg hisslərə, duyğulara, pıçıltılara hakim olan borc. İndi düşün və mənə cavab ver:
   
   - Mən bu borcu ödəyə bilərəmmi?
   
   Cavab verməyə tələsmə. Çünki bütün cavablar elə o borcun içərisindədi. O ki, qaldı mənim könlümün indiki məqamda pıçıltısına, onda qulaq as:
   
   əl boyda bir kağıza
   
   "getmə!" - yazıb getmisən.
   
   "getmə!" deyən ürəyi
   
   sən oyuncaq etmisən.
   
   
   
   mənasız inadının
   
   çevrilib girovuna
   
   getmisən - kipriyinin
   
   baxmadan qırovuna!..
   
   
   
   qarışıb fikirlərin
   
   yaddaşdan məni silibg
   
   getmisən! - o gedişin
   
   güllə olduğun bilib!..
   
   
   
   gpəncərəmdə, qapımda
   
   dörd divarda soyuq izg
   
   getmə!.. yazıb getmisən-
   
   kimi güldürürük biz?..
   
   Hə, mən əvvəldə də dedim, indi də təkrarlayıram. İnsanın alın yazısı, qədəri ondan icazəsiz, ondan xəbərsiz Tanrının qələmi ilə yazılır. Onu dəyişmək, onu pozmaq mümkün deyil. Sadəcə, ona bir az üsyan etmək mümkündü, o da baş tutsa. Amma mən bütün hallarda öz qədərimi qəbul edirəm və bilirəm ki, başıma gələnlər, çəkdiklərim, yaşadıqlarım Tanrı payıdı. Bu acıya dözmək də mənim bəndə borcumdu. Odur ki, kədərimə, ilk öncə isə qədərimə dodaq büzməyin. Bilin ki, mən də sevilmək istəyirəm. Amma sevilmək alın yazımda yoxdu...g

TƏQVİM / ARXİV