ADDA-BUDDA BİR YAZI

ƏBÜLFƏT MƏDƏTOĞLU
64557 | 2015-09-04 17:48

Gəlin birlikdəetiraf edək ki, bütün yolların sonu var və insan kimliyindən asılı olmayaraqbaşladığı yolu mütləq bir gün fiziki mənada tamamlayır. Tək-tək xoşbəxtlər varki, onlar davamçılarının timsalında yollarının yaşadığına, uzanıb daha başqabir yollara gedib qovuşacağına inanır və yaxud da ümid edirlər. Təbii ki, mənözümü heç kimlə müqayisə etmirəm və bütün müqayisələrin də uğursuzluğuna, mənasızlığınalap çılpaq desəm, gərəksizliyinə həmişə inanmışam. Çünki müqayisə nisbidi.Nisbi olan nə üçünsə müqayisə və mübahisə etmək özü-özlüyündə sadəcə vaxt itirməkdi,əsəbləşməkdi, kimdənsə inciməkdi. Ona görə də heç vaxt müqayisəyə meyl göstərməmişəm.Ən yaxşı halda özümü özümlə dünənki yazımı bu gün yazdığımla yanaşı tutmağaçalışmışam. İstəmişəm ki, iynə ucu boyda da olsa bir irəliləyişin, bir fərqinolduğunu görüm və yaxud buna nail olum.

Təbii ki, bütünbunlar yenə deyirəm, vaxt itirməkdi. Xüsusilə ona görə ki, ən böyük hakim zamandıvə ən dəqiq tərəzi də, ölçü vahidi də zamana məxsusdu. Böyük Səməd Vurğundemişkən, "dünən hökm verən, bu gün can verir". Deməli, bu məntiqləyanaşsaq, dünən müqayisələrin nəticəsində önə çıxan bu gün bütün müqayisələrinnəticəsində tarixin arxivinə də yol tapa bilmir. Nə isə... Mən deyəsən bir azhissə qapıldım, filosofluq etmək istədim, amma görürəm alınmadı. Ona görə dəqayıdıram öz yoluma, öz yerimə, öz iç dünyama. Burda daha rahatam və burdafikirlərimi ipə-sapa düzmək mənə daha xoşdu...

Son vaxtlar çevrəmdəkiinsanların əhval-ruhiyyəsində kədəri, sıxıntını daha çox hiss edirəm. Bununiqtisadi səbəbləri birmənalıdı. Yəni maddiyyat, xüsusilə ehtiyac şair demişkən,"qul edir qəhrəmanı da". Bu konkret bir gerçəkdir, həqiqətdir, ammaiçi, ruhu saf, işıqla dolu olanlar ən son ana qədər maddiyyatdan yuxarıdadayanırlar. Əgər xatırlayırsınızsa, belə bir ifadə var: salam verdim, rüşvətdeyildi deyə almadılar. Bu deyimi mən öz fikrimdə belə uyğunlaşdırıram ki, içiişıqla dolu olanlar hansısa bir pay üçün, hansısa bir vəzifə üçün öz kimliklərindən,öz bütövlüklərindən və xüsusilə mənəvi varlıqlarından uzaq düşmürlər. Aza qaneolub çoxun həsədini və həsrətini çəkmirlər. Doğrudur, yaşamaq, ailə-uşaqüz-gözünə baxmaq çətin olur. Ammasoğan-çörək də aclığın qarşısını almaq gücündədir. Bu güc o qədərböyükdür ki, insanın gözü heç vaxt gizlənmir, yalnız ayaqlarının ucuna baxmır.Əksinə, irəliyə, hər kəsin gözlərinin içinə baxır - son ana, son saniyəyə qədər...

Deməli, mənim ətrafımdakılarınsıxıntıları daha çox psixoloji durumla və bir də onların səhhətləri iləbağlıdır. Doğrudur, bir qrup adam var ki, molla gorəndə ölümdən, həkim görəndədərmandan, xəstəlikdən danışır. Başqa vaxt mollanı da, həkimi də unudan buadamlar sanki bununla bir növü öyünürlər, diqqət mərkəzinə çıxırlar. Amma mənəgörə bu, heç də yaxşı xüsusiyyət deyil və azar-bezardan, ölüm-itimdən nə qədərçox yapışsan, nə qədər ondan danışsan, o, sənə daha çox yaxınlaşacaq. Bax, bu mənadamən bir az ovqat adamı olmağa çalışıram. Həmin o dediyim məqamları qabartmaqistəyən adamlara bir növü zarafatla, həm də sərt bir şəkildə mövzudan yayınmaq,etinasızlıq göstərmək niyyətimi çatdırıram. Elə edirəm ki, kobud desəm, birnövü həmin adamın sözü ağzında qalır, xəstəliyi barədə etdiyi çıxış, söylədiyimonoloq yarımçıq qırılır. Düzdü, bəziləri bunu mənə irad tutur, guya dərs verirki, ədəbsizlik eləmə... Ola bilsin o da haqlı. Amma mən də beləyəm neyləyim, dərdəşərik olmağı bacarıram. Xəstəni yoluxmaqdan yorulmuram. Amma xəstəliklər barəsindəkiçıxışları dinləyə bilmirəm. Ola bilsin ki, bu, özü də bir yumuşaq desəm,"xəstəlikdi". Nə isə...

Hə, özüm iradtutduğum mövzuya xeyli yer ayırdım. Amma qüsur saymayın, söz sözü çəkdi,fikrimi yarımçıq saxlaya bilmədim. Və ona görə də bu fikrimi tamamlamaq üçünmisralara üz tuturam. Bəlkə elə bu misraların özü də hardasa dediklərimin müəyyənişartıları, parametrləri kimi diqqətimi çəkdi.

Dərdi çıxar əynindən

Yu, sər

Gündəlik köynəkkimi...

Qoy külək dəqurutsun

Günəşin alovuda...

Düşünmə ki,

Dərd küsər-

Şəlitdə

Yaddan çıxıb

Bir gecə

Asılı qalsa...

Üstünə axanbulud

Gilə boyda

Şeh salsa...

Sadəcə qalx

Və sakit

Dərdi çıxar-

Nimdaşdı!

Götür təzəsingeyin

Təzə köynəyəbaxıb

Dərdin mübarək!- deyim...

***

Adətənsentyabrın 1-ni biz köhnə adamlar ayrı ovqtala qarşılayırıq. Uşaqların məktəbhazırlığı başa çatırdı və ilk dərs gününün xoş ovqatını təkcə valideynlərimiz,özümüz və nəhayət ətrafımız deyil, övladlarımız da yaşayırdı. Həmin osentyabrın 1-i günü çalınan zəng şəxsən mənə uşaqlığımı, məktəbə nənəmin ətəyindənyapışıb necə çəkinə-çəkinə getdiyimi xatırladır. Ona görə çəkinə-çəkinəgedirdim ki, valideynlərim təsərrüfatdaçalışdığından dan söküləndə hazırlaşıb işə yollanırdılar. Və mən onları ancaqaxşamlar görə bilirdim. Üstəlik, kəndimizdə kimlərisə məktəbə atası-anasıaparırdı. O uşaqlara baxanda daxilən sıxılırdım. Özümü bir növü arxsasız, köməksizsayırdım. Ona görə də dayaq yeri, güvənc yeri kimi nənəmə sığınıb gözaltı ətrafabaxırdım. Məni hansı partada, kimlə yanaşı oturdacaqlarını gözləyirdim. İndininözündə də həmin o məqamları xatırlayanda nə qədər sadəlöhv olduğumu, nə qədərbu dünyanın çirkablarından uzaq böyüdüyümü düşünüb həm qürur duyuram, həm dəböyüdükcə dəyişən dünyagörüşümə, formalaşan həyatıma az qala acıyıram. Bunudüşündüyüm anda yadıma nədənsə türk kinosunun böyük simalarından olan Şaban(Kamal Sunal) düşür. Onun çəkildiyi bir film var. Film boyu gülür. Bircə yerdəağlayır: dünyaya gələn övladı gəlişini bəyan etmək üçün bir uşaq çığırtısıqoparır. Bax, həmin o anda Şaban ağlayır. Bütün müalicələrin gülüşünü öldürəbilmədiyi Şaban körpəsinin ağladığını eşidəndə ona qoşulub ağlayır. Hər kəsiheyrət bürüyür. Şaban bircə kəlmə deyir:

- Bütün həyatımboyu güldüm, heç ağlamadım. Amma mənim övladım dünyaya ağlaya-ağlaya gəlir. Demək,o gülə bilməyəcək, gülmək onun üçün çətin olacaq...

Təbii ki, bu birfilmdi. Amma ssenari müəllifi özünün fikrini tamaşaçıya çatdırmaq üçün gerçəkbir həqiqətin yanından keçir. Bu həqiqətdə ondan ibarətdir ki, dünyaya gələn uşağın ciyərinə hava daxil olan olan kimio birmənalı şəkildə ağlayır. Amma həyatın ağlatdığı insan, uşaq isə tamam başqabir dünyadı. Dözümlülər, döyüşənlər həyatda ağlamağa yox, gülməyə üstünlükverir, ondan yapışır. Və təbii ki, sonda da dözənlər, mübarizə aparanlar gülürlər.

Filmdən gətirdiyimsitatı müqayisə üçün demədim. Özümün həmin o 1966-cı ilin 1 sentyabr tarixmi yadıma saldım. Məhz həmingünü mən nənəmin ətəyindən tutub Tuğ kənd orta məktəbinin 1-ci sinifinə getmişəm.Uzun bir tarix, uzun bir yol. İndinin özündə dəəvvəldə dediyim kimi, sentyabrın 1-i gələndə həmin o günümü, o durumumuyadıma salıram, həmin o sıxıntımı təkrar yaşayıram. Hətta elə bilirəm ki,hardasa bu günə qədər yaşadığım bütün sıxıntıların özülü həmin gün qoyulub,toxumu həmin gün səpilib. Nə bilim, mənbelə düşünürəm və özümü də haqlı sayıram. Çünki işi necə başlayırsansa, o cür dədavam etdirirsən. Deməli, səbəbsiz heç nə yoxdu. Bax mən də özümün keçdiyinyolun dolanbac olmasında qayğıyla, ağrıyla, problemlərlə yüklənməsində həmin osıxıntını günahkar sayıram. Ona görə də hərdən sənə də, başqa birisinə də, həttaözümə də irad tuturam, gileylənirəm. Həmin an köməyimə qələm, söz gəlib çatır.Yerinə düşməsə də, o sözlərdən, misralardan biri də belədi:

Mənimanam ölməsin

Buqədər qəm çəkirəm...

Olurki, hətta bəzən-

Gülüşdənnəm çəkirəm!..

Yuxumpərən və lək-lək

Deyirsənaz fikir çək...

Ürəyimiçinar tək-

Yolunüstə əkirəm!..

Dərdiçirəm zamanla

Gahovucla, gah camla...

Əriyibdamla-damla-

Öziçimdə çökürəm!..

Mənimanam ölməsin

Daşam,qumam, dəmirəm...

Yaşatmaqfikrin olsa-

Çağır,deyim gəlirəm!..

***

Buyazının əvvəlində əgər unutmamısınızsa yoldan söhbət saldım. Dedim ki, bütünyollar bir gün bitir, sona çatır. Elə yenə həmin fikrə qaydıram. Axı siz buyazını oxuduğunuz anda (əgər oxusanız - Ə.M.) yolda olacam. Allahın ətəyindənyapışıb bir səfərə çıxmışam. Tam səmimiyyətimlə deyirəm ki, ümidim Allaha vəbir az da görüşünə getdiyim adamlaradır. Nə olacaq? Necə olacaq? Onu öncədəndeyə bilmərəm. Sadəcə demək istədiyim bir şey var.

İnsanbaşlanğıcla sonun arasındakı məsafəni həmişə diqqətində saxlamalıdı. Bilməlidiki, atdığı addım harda tamamlanacaq və otamam olma məqamında yıxılmamaq, yerə çırpılmamaq üçün hazır olmaq lazımdı. Yənibiri var üzüstə yerə çırpılasan, biri də var sadəcə yavaş-yavaş əriyəsən,yavaş-yavaş çökəsən. Bunlar tamam fərqlidir. Doğrudur, deyirlər palıd kimi,çinar kimi yıxılmaq və bu yıxılmanın da əks-sədası daha əzəmətli, daha böyükdü.Amma mən bunu insana aid edəndə duruxuram. Düşünürəm ki, heç nəyi göz altınaalmadan yüyürmək, qovmaq, tutumaq, qaçmaq və sairə axır ki, bir büdrəyişlə, birtarazlığı itirməklə başa çatırsa, onda niyə o büdrəyişə, o müvazinətini itirməyiniyə göz altına almırıq? Niyə ümidimizə, özümüzə söykənib yavaşca heç kimin əhvalınıpozmadan, heç kimin yükünə çevrilmədən, lap elə fil kimi dizlərimiziqatlamırıq?..

Bəli,bu səfər öncəsi mən sizlə üz-üzə dayanıb ordan-burdan söhbət etdim. Dahadoğrusu, ordan-burdan, lap primitiv şəkildə desək, adda-budda fikirlərdən ibarət bir yazı təqdim etdim.Düşündüm ki, yadınızda elə adda-budda da qalım. Necə deyərlər, özünüzünbildiyiniz və təsəvvür etdiyiniz kimi, mən isə sizi bu səfərimdə bir güvəncyeri, bir xatirə ünvanı kimi götürüb aparacam. Və yol boyu hər birinizləgördüklərimdən, bildiklərimdən danışacam. Bunu ona görə edəcəm ki, darıxmayaq -siz də mən də! Yəqin ki, sizdarıxmayacaqsınız. Mən isə elə indidən darıxmağa başlamışam. Ona görə də birneçə il öncə yazdığım və dövrü mətbuatda işıq üzü görmüş bir şeiri sizə təqdimedirəm. Onu imkanınız olsa gözdən keçirərsiniz. Çünki onu mən özümə yazmışam.

Yaşadığım

Anları

Həyatımdaolanları

Qorabişirənin

Sonlarında

Səninlə

Görüşmək,

Bölüşməkistəyirəm...

Yaylağım-

Sulutəpə...

Aranım-

Biləcəri...

Məzuniyyətimi

Bölüşdüyümü

Bilənləri-

Coşqubürüyür!..

Həttatəəccübləri

Onları

Düşündürür!

Və bəz

iləri

Maraqla

Ya axtarır

Ədalət -

Oxumaq üçün yox!

Yada

Dərisinaftalin qoxuyan

Ətalət-

Soymaqüçün

Dahaçox!

Kasıbın

Məzuniyyətidə!

Eləməsuliyyəti də

Çəpərinindibində

Oturmaqdı,

Durmaqdı...

Xoşistirahətlər

Evindədincələnlər!..


Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV