adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Bütün yollar Romaya gedib çıxır! Rihanna da belə getdi...

FƏRHAD ŞABANOV
24445 | 2012-10-13 00:26
Məktəb vaxtı ən çox sevdiyim dərs tarix idi. Böyüdükcə gördüm ki, hər millət öz tarixini öz istədiyi kimi yazır. Tarix mənim üçün elə də əhəmiyyətli deyil, ona görə aşağıdakı tarixi faktları başınızı ağrıtmayacaq ölçüdə saxlayacam. Helioqabal (Marcus Aurelius Antoninus Heliogabalus) 218-222 illəri arasında Roma imperatoru olmuşdur. İmperator olarkən onun 15 yaşı varıydı. Onun dövrünə qədər Romada var olan bütün dini və cinsi tabuları yerlə bir edən insandır. Çünki bu yaşdakı gənclərin əlinə sərhədsiz imkanlar düşəndə əksər hallarda qudurğanlığa yönəlirlər. Elə buna görə də Xristian tarixçilərinin ən çox nifrət etdiyi imperatordur.
   
   Allah insana elə bir beyin verib ki, bu beynin sərhədləri yoxdur. İnsan istədiyini düşünə bilir. İstədiyi qədər informasiyanı beyninə həkk edə bilir. Qısacası, insanın ağlına hər şey gələ bilər. Ancaq insan ağlına hər gələni edə bilmir və ya öz istəyi ilə etmir. Bununla bağlı atalar sözü də var ki, hər ağlına gələni dilinə gətirmə. Ancaq indi sizə bir imperator haqqında danışacam, o hər ağlına gələni edirdi, etdirirdi.
   
   Helioqabal müasir gənclərin həyatının ayrılmaz bir parçası olan partiləri tarixdə ilk dəfə təşkil edən insandır. "Öz" dilimizdə desək eyş-işrət məclisləri. Bu məclislərdə Romanın ən ləziz şərabları, ən gözəl qadın və kişiləri iştirak edirdi. Yeməklər haqqında bunu demək bir az çətindir. Çünki imperatorun fərqli bir damaq dadı var idi. Ən çox sevdiyi yemək qızardılmış balıq topları idi. Bundan başqa xoruz pipiylərini qızartdırıb qonaqlara təklif edirdi. İmperatorun dəvə ətinə də böyük marağı vardı. Dəvələri kəsdirib ətindən yumru halqalar halında qızartdırırdı. Bu imperatorun dərdi daha çox orijinal görsənmək və qonaqlarını təəccübləndirmək idi. Xidmətçilər başqa yeməklər də gətirirdi, ancaq bu yeməklərin içindən qurdlar, nəcis, pis qoxu yayan maddələr çıxırdı. Bu yeməklərdən iyrənən qonaqların verdiyi reaksiyalar imperatorun xoşuna gəlirdi, qəhqəhələr çəkirdi.
   
   Yeməklər qonaqlara boşqab əvəzinə dəvəquşu başında servis edilirdi. Məclisə qatılan qonaqların sayı qədər dəvəquşu kəsilirdi. Ancaq başları lazımdı deyə.
   
   Məclisin qızğın bir yerində İmperator bumbuz şərab istəyirdi. Ancaq o dövrdə soyuducular olmadığı üçün xidmətçilər əl-ayağa düşürdü. Romanın ən uca zirvələrinə gedib buz gətirirdilər İmperatorun sarayına. O buzun yolda əriməməsi üçün min cür yola əl atırdılar. Buzu samana bükürdülər, üzərini müxtəlif parçalarla örtürdülər və s. Bütün bunlara baxmayaraq İmperator Helioqabal xidmətçilərinin və aşpazlarının kəlləsini ürəyi istəyəndə vurdururdu. Həzz alırdı.
   
   Məclisin sonunda İmperator ovcuna yığdığı qızılları ayağının altına tökürdü. Qonaqlar isə qızılların töküldüyü yerə, yəni onun ayağının altına qapanaraq qızılları yığmağa çalışırdı. İmperator bu prosesdən həzz alır, qızılları səpdikcə səpirdi.
   
   "Bir əfsanəyə görə Helioqabalın ən çox sevdiyi yeməklərdən biri də ayı ətindən kabab idi."
   
   Helioqabal xoşu gələn rahibələrlə evlənirdi. Xristianlıqda bu qadağan olunsa da İmperator heç bir qayda, qadağa, qanun hərləmirdi. Çünki İmperator idi və özünü hər şeyin üzərində görürdü. Üstəlik deyirdi ki, rahibələrlə evlənirəm, çünki bizim doğulacaq uşaqlarımız Tanrı olacaq.
   
   Ən qəribəsi də o idi ki, öz toy məclisində başqa bir qızdan xoşu gəlsə, həmin gecə xoşu gələn qızı özü ilə yatağına aparırdı. Bəzən əmr edirdi ki, məclisdə hamı bir-biri ilə cinsi əlaqəyə girsin. Özü də qoşulurdu qonaqlarına. Əvvəldə də qeyd etdiyim kimi bu İmperator ağlına gələn hər şeyi edirdi, düşünmədən... Məclisinə qəşəng rəqqasələr və gözəl səsi olan müğənnilər dəvət olunurdu. Xoşu gələn rəqqasələri və müğənniləri öz yanında saxlayırdı. Heç kimin etiraz hüququ yox idi. İmperatorun istədiyi hər şey olurdu. Tanrı kimi...
   
   İmperatorun marağı təkcə qadınlara qarşı deyildi. Onun həm də kişilərdən xoşu gəlirdi. Saraydakı Qulların arasında çox yaraşıqlı oğlanlar varıydı. Özü seçmişdi. Ürəyi istəyəni özü ilə yatağına aparırdı. Hətta bəzi gecələrdə küçə fahişələri kimi geyinib, üzünə kosmetika sürtüb otağının qapısında dururmuş və dəhlizdən keçən qullara göz-qaş edirmiş. Dedim axı bu İmperator ağlına gələn hər şeyi edirdi, hətta fahişəliyi də.
   
   Görəsən Justin Timberlake Bakıya gəlsəydi, ona nə qədər təklif olunardı? Bir gecəlik "konsert" üçün...

TƏQVİM / ARXİV