adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Sentyabr 2015 02:02
2174
HADİSƏ
A- A+

Sumqayıtda bina yandı

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. 

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təxliyə olunub. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.