adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Sentyabr 2015 22:03
3454
DÜNYA
A- A+

İŞİD-in üzvləri 20 minə çatıb - Rəsmi statistika

Türkiyə üzərindən Suriyaya keçərək İŞİD-ə qoşulanların statistikası barədə məlumat verilib.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyanın 112 ölkəsindən Türkiyə vasitəsilə İŞİD-ə qoşulanların sayı 19 min 626 nəfərdir. Türkiyənin həbs edərək deportasiya etdiyi İŞİD-çilərin sayı isə 2 min 122-dir.

Ekspertlər dünyanın 112 ölkəsindən İŞİD-in əsgər toplamasını dəhşətli statistika adlandırıb. Bu terror təşkilatının gücünü nümayiş etdirir. Qeyd edək ki, 112 ölkə arasında Azərbaycanın da adı var.