adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
03 Sentyabr 2015 21:46
2785
SİYASƏT
A- A+

Ölkə başçıları razılığa gəldi

Almaniya kansleriAngela Merkelvə Fransa prezidentiFransua Olland arasında razılaşma imzalanıb.

Adalet.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə bu barədə "Reuters " məlumat yayıb.

 Avropaya miqrant axınının azaldılmasına dair qərarı razılaşdıran ölkə başçıları iki ölkə lideri "kvota” terminindən imtina edərək Aİ üzvü olan müxtəlif ölkələr arasında qaçqınların qəbulu ilə bağlı bölüşdürmə mexanizminin tətbiq edilməsini təsdiqləyiblər.

Almaniya kansleri Aİ-nin miqrantlar haqqında reqlamentin tələblərini icra etmək iqtidarında olmadığını qeyd edib.

"Olland və Merkel Avropaya keçməyə cəhd edən qaçqınlarla bağlı vəziyyətə dair qərar qəbul ediblər.Avropa İttifaqı öz dəyərlərinə uyğun şəkildə qətiyyətlə hərəkət etməlidir”, deyə Fransa prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.