adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

ƏRAZi VƏ TƏZMiNAT TƏLƏBLƏRi AKTiVLƏŞiR...

BABƏK YUSİFOĞLU
34265 | 2012-10-11 01:41
Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyasından və ölkə prezidentinin onu əfv etməsindən sonra ermənilər həqiqətən də isterikaya giriblər. Özü də təkcə Ermənistanda yaşayanlar yox, dünyaya səpələnmiş bütün ermənilər. Onlara görə, bu necə ola bilirdi, xristian Avropasının bir dövləti ermənilərin cığallıqlarına məhəl qoymurdu. Kimsə üçün sirr deyil ki, uzun illərdi ermənilər yalanlardan, kindən, düşmənçilikdən... yorulmadan, usanmadan istifadə edərək ən müxtəlif yollarla Azərbaycan əleyhinə rəy formalaşdırmağa çalışırlar.
   
   Əslində ekstradisiya hadisəsinə qarşı ortaya qoyulan reaksiyada bir məqamı da görmək mümkündü. Həmin hadisə ilə ermənilər qarayaxma fəaliyyətlərində təzə bir nədən tapdıqlarına hətta sevinirlər. Ayrı-ayrı siyasilər dəfələrlə açıq şəkildə bildiriblər ki, ələ düşən bu fürsətdən bacardıqca çox yararlanmaq lazımdır.
   
   Macarların Bakıya sarı uzanan əlin yaratdığı qəzəbdən onların gözləri ayaqlarının altını görmədi və tez-tələsik bir addım da atdılar.
   
   Macarıstanla bütün diplomatik əlaqələrini kəsdilər. Və belə güman edirdilər ki, yəqin bu addımdam sonra Budapeşt narahat olacaq, dünya ictimaiyyəti hadisəni pisləyəcək. Amma bu dəfə də gözlədikləri baş vermədi. Üstündən müəyyən zaman keçdikdən sonra hiyləgər ermənilər anladılar ki, Macarıstanla münasibətlərin qırılması ilə bağlı atdıqları addım heç də yaxşı əlamət deyil. Bu, ən azından bir Avropa dövləti ilə düşmən münasibətə girməkdir.
   
   Maraqlıdır ki, bu həqiqəti anlayandan sonra Yerevan etdiyi qələti düzəltmək üçün son günlər gizli fəaliyyətə keçib. Həmin ölkədəki erməni təşkilatlarına, nüfuzu olan ermənilərə göstəriş verilib ki, münasibətlərin yumşalması, sonra isə normallaşması üçün var gücləri ilə çalışsınlar. Hətta bunun həyata keçirilməsi üçün qeyri-rəsmi "rüşvət fondu" da yaradılıb ki, lazım gələrsə istifadə edilsin. Uzun çabalardan sonra guya "macar ziyalıları" adı altında dörd nəfərin (politoloq Zoltan Biro, teoloq Qabor İvanyi, jurnalist Qabor Deak və yazıçı Rudolf Unqvari) Ermənistana gəlməsinə nail olublar. Erməni mətbuatı yazır ki, bu "ziyalılar" Yerevana ondan ötrü təşrif buyurublar ki, Ramil Səfərovun ekstradisiya aktından macar xalqının utandığını ermənilərə çatdırsınlar və xalqın adından ermənilərdən üzr istəsinlər. Əslində ağlı başında olan ermənilərin özü də anlayır ki, dörd nəfərin gəlib bütöv bir xalqın adından danışmas çox gülməlidi. Macar xalqı bu yetkini bu dörd ermənipərəstə nə vaxt, necə verib, kimsəyə məlum deyil. (?!)
   
   Azərbaycanın və Türkiyənin nisbətən aktiv fəaliyyəti nəticəsində ermənilərin hansı yuvanın quşu olduğunu dünya görməyə başlayıb.
   
   Məhz bu üzdəndir ki, XX yüzilliyin ən dəhşətli qətliamı olan Xocalı hadisəsi artıq bir neçə dövlət tərəfindən rəsmən soyqırım kimi tanınıb və proses irəliləməkdədir. Birləşmiş Ştatlarda uydurma "erməni soyqırımı"nın tanınması təşəbbüslərinin isə heç bir nəticə verməməsi və iflasa uğrayan digər məsələlər göstərdi ki, ermənilər daha öz yalanlarını baha qiymətə sata bilmirlər. Və bunun fəqrindədirlər. Elə həmin səbəbdən də ermənilər düşünürlər ki, yalan, böhtan maşınını daha da təkmilləşdirmək gərəkdir.
   
   Otuz ildir uydurma "soyqırım" haqqında yazan, "California Courier" qəzetinin baş redaktoru, jurnalist Arut Sasunyan bu günlərdə keçirdiyi mətbuat konfransında narahatlıqla bildirib ki, Ermənistanın 45 illik xarici siyasətini dəyərləndirərkən belə qənaətə gəlib ki, "soyqırım"ın tanınması istiqamətində xüsusi uğurlar və iflaslar baş verməyib.
   
   O deyib: "Mənim etirazım onunla bağlıdır ki, bizim resurslarımız məhdud olmayıb və biz daha çox iş görə bilərik. Biz zaman-zaman edə bilərdik ki, cəsarətli olaq, öz maraqlarımızı daha yaxşı təqdim edək. Dövlət daim bildirir ki, "soyqırımın" qəbulu istiqamətində gedən prosesləri diqqətlə izləyir. Amma bu azdır. Çünki indi "tanınmanı" tələb etmək bizə köməkdən çox ziyan gətirir. Tələblərimizin yalnız "ermənilərin soyqırımı" ilə məhdudlaşdırmağımızdan türklər sevinirlər. Gərək ədaləti tələb edək. Hətta Ərdoğan da ədalətə qarşı olduğunu söyləyə bilməz".
   
   Sasunyan "ədalət" ifadəsi ilə nəyə işarə vurduğuna aydınlıq gətirərək belə deyib: "Biz gərək ərazimizi və maddi təzminatın ödənilməsini, eləcə də mədəni irsimizin qorunmasını inadla tələb edək". Buradan da aydın görünür ki, ermənilər artıq istədikləri nəticəni almaqda zorluq çəkir və proseslərin tədricən də olsa onların əleyhinə yönəlməsini həzm edə bilmirlər. Və belə olan halda əvvəldə qeyd etdiyim həmin isterikanı anlamaq mümkündü. Axı, məhz belə kartlardan yararlanaraq ermənilərin həm xaricdə, həm də daxildə yalançı "qəhrəmanlar"ı yaranmışdı. Başda oturanlar, elə Sasunyan kimilər hələ də həmin uydurma iddialarla küllü miqdarda pula, vəzifələrə yiyələnməkdən vaz keçə bilmirlər. Çünki onlar sahib olduqlarını məhz türk düşmənçiliyindən, türkə nifrətdən qazanıblar və bu gün də belədi. Amma əlahəzrət zaman mütləq belələrini tarixin zibil yeşiyinə atacaq...
   
   

TƏQVİM / ARXİV