adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Sentyabr 2015 17:09
3108
MƏMLƏKƏT
A- A+

DİN-dən səyyar xidmət

Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir. Nazirliyin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbir Göyçay RPŞ-nin müvafiq qurum əməkdaşlarının iştirakı ilə baş tutub.

Səyyar xidmət zamanı ümumilikdə 200 rayon sakininə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.