adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Sentyabr 2015 15:01
4669
MƏDƏNİYYƏT
A- A+

Moskva üç gününü Hindistana həsr edəcək

Rusiyanın paytaxtı Moskvada hind filmləri festivalı öz işinə başlayıb. Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, festivalda 6 məşhur hind filmi nümayiş olunacaq: "Qoy ürəklər döyünsün”, "Danışır və göstərir Bombey”, "Tanu və Manununun toyu. Qayıdış” və s.

Festivalda film nümayişi ilə yanaşı hind geyimlərindən ibarət moda dəfiləsi də keçiriləcək. Həmçinin rus fotoqraflarının Hindistana həsr olunmuş fotosərgisi baş tutacaq.

Festival çərçivəsində "Rusiya-Bollivud filmləri” ətrafında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr də aparılacaq.

Festival sentyabrın 6-da bitəcək. Bağlanış günü ingilis şairi və dramaturqu Uilyam Şekspirin "Hamlet” faciəsinin kinoadaptasiyası nümayiş olunacaq. "Hayter” adlanan bu film bu il Asiya filmləri arasında "İlin ən yaxşı filmi” nominasiyasına layiq görülüb.  


Şəfiqə ŞƏFA