adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
03 Sentyabr 2015 13:45
4903
ELM VƏ TƏHSİL
A- A+

“Erməni dili” adlı tədris vəsaiti nəşr edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin fəaliyyət planına uyğun olaraq, Mərkəzin sifarişi ilə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin hazırladığı "Erməni dili” adlı tədris vəsaiti nəşr edilibr. Tədris vəsaitinin müəllifi siyasi elmlər doktoru Hatəm Cabbarlı, redaktorları tarix üzrə fəlsəfə doktoru İsrafil Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Sərlan Həsənov, Söhbət Məmmədov və Tahirə Cabbarlıdır. SAM-ın dəstəyi ilə nəşr edilən və geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu tədris vəsaiti 4 hissədən ibarətdir: Fonetika, Morfologiya, Söz yaradıcılığı və Sintaksis. Bu kitab Azərbaycanın təhlükəsizliyinin təmin edilməsində, erməni tarixinin orijinal dildə oxunmasında, əsassız erməni iddialarına cavab verilməsində, erməni təbliğatının qarşısının alınmasında, fərqli materialları dövriyyəyə buraxan erməni kütləvi informasiya vasitələrini ifşa etməkdə və Ermənistanın daxili siyasəti haqqında daha geniş məlumat toplamaqda informasiya müharibəsi şəraitində işləyən Azərbaycan mütəxəssisləri üçün yeni imkanlar yaradır. Erməni dilinin öyrənilməsi, heç şübhəsiz, erməni tarixinə bələd olmaq, bu və digər məsələlərə aydınlıq gətirmək, hadisələri öyrənmək və dəyərləndirmək baxımından da əhəmiyyətlidir.