adalet.az header logo
  • Bakı 19°C
03 Sentyabr 2015 12:07
19088
ƏDƏBİYYAT
A- A+

Cəfər Cabbarlı yaradıcılığı ilə bağlı sayt genişləndirilib

Görkəmli dramaturq Cəfər Cabbarlının 110 illiyi münasibətilə yaradılmış www.cafarcabbarli.org saytı dramaturqu yaradıcılıq irsi ilə daha da zənginləşdirilib. Adalet.az sözügedən sayta istinadən xəbər verir ki, dramaturqun həyatı və yaradıcılığı haqqında geniş məlumatları özündə toplayan saytdan artıq onun dram əsərlərini də oxumaq mümkün olacaq.

Saytda ədibin həyatı və yaradıcılığı, ev muzeyi haqqında məlumatlarla tanış olmaq, dram əsərləri, hekayələr, məqalələr, poema, lirik və satirik şeirlərini oxumaq mümkündür.

Xatırladaq ki, www.cafarcabbarli.org  saytı 2009-cu ildə Cəfər Cabbarlının anadan olmasının 110 illiyi münasibətilə yaradılıb. 2010-cu ildə "Milli Net” Milli İnternet Mükafatı müsabiqəsində "Mədəniyyət, incəsənət və turizm saytları” nominasiyasında 2-ci yer tutub.

Cəfər Cabbarlı 1899-cu ildə Xızı rayonunda doğulub. Dramaturgiya ilə yanaşı şair, nasiri, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor kimi də tanınıb. 1934-cü ildə ürək iflicindən dünyasını dəyişib.