adalet.az header logo
  • Bakı 18°C
03 Sentyabr 2015 09:56
5160
MARAQLI
A- A+

Baş nazir dondurması

Çinin Şanxay şəhərində Yaponiyanın keçmiş Baş naziri Hideki Todzyonun başının formasında hazırlanan dondurmaların satışına başlanıb.

Adalet.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, dondurmada siyasətçinin eynək və bığları da yer alıb. Ümumilikdə 10 min ədəd belə şirniyyat buraxılıb. Bir dondurmanın qiyməti təqribən 4,7 dollardır.

Dondurmanın satışı Çində II Dünya müharibəsinin başa çatmasının 70 illiyinin qeyd edilməsinə həsr edilib. Çin həmin müharibədə antihitler koalisiyasının tərkibində nasist blokuna daxil olan Yaponiyaya qarşı vuruşurdu.

Qeyd edək ki, 1941-1944-cü illərdə Yaponiyanın Baş naziri olmuş H.Todzyo 1945-ci il sentyabrın 2-də hərbi cinayətkar kimi həbs edilmişdi. 1948-ci ilin dekabrında isə asılaraq edam edilmişdi.