adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Sentyabr 2015 18:23
2570
MƏMLƏKƏT
A- A+

Bakı-Sumqayıt şosesində yerüstü piyada keçidi tikilir

Biləcəri sakinlərinin tikilməkdə olan "Avtovağzal" metro stansiyasına gediş-gəlişini asanlaşdırmaq üçün Bakı-Sumqayıt şosesi üzərindən yerüstü piyada keçidi inşa ediləcək.

"Bakı Metropoliteni” QSC-dən bildirilib ki, artıq piyada keçidinin tikintisi üçün hazırlıq işlərinə başlanılıb və fundament qazılıb.

Yerüstü piyada keçidi ilə "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları üzrə işlərin 2016-cı ilin ilk yarısınadək yekunlaşdırılıb istifadəyə verilməsi planlaşdırılır.