adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Sentyabr 2015 17:18
3111
DÜNYA
A- A+

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin iki əməkdaşı öldürülüb

Yəmənin şimalında Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin iki əməkdaşı öldürülüb. Adalet.az The Guardian qəzetinə istinadən xəbər verir ki, hadisə əməkdaşlar Əmran əyalətində humanitar yardım aksiyasından qayıdan zaman baş verib. Onlardan biri sahə müvəkkili, digəri isə sürücü olub. Əməkdaşlardan biri hadisə yerində, o biri isə xəstəxanada dünyasını dəyişib. 

Hadisə ilə bağlı məsuliyyəti hələlik heç bir terror qruplaşması öz üzərinə götürməyib.