adalet.az header logo
  • Bakı 13°C
02 Sentyabr 2015 16:55
4192
MƏMLƏKƏT
A- A+

Bu kəndə qaz verildi

Bu gün Cəlilabad rayonunun Cəfərxanlı kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. 

Adalet.az-ın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin, "Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 127 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 629 metr olan müxtəlif diametrli polietilen və ümumi uzunluğu 12 131 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 127 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.