A.TÜRKOĞLU, HƏR VAXTIN XEYİR!

AQİL ABBAS
117221 | 2015-09-02 15:28

Ziya GöyalpınOsmanlı imperatorluğunun süqutu ilə bağlıçox maraqlı və qəribə bir fikri var. Təxminən belədir, deyir ki, Osmanlı imperatorluğu dağılanda məlum oldu ki,türklərin əlində paslanmış və tiyəsi qırılmış bir qılınc qalıb. İndi Elçibəy AXCP-sidağılandan sonra yerində qalan Yurdçuların da artıq paslanmış və tiyəsi qırılmışbir «Azadlıq» qəzetləri qalıb. O paslı və tiyəsi qırılmış qılıncla da «Azadlıq»qəzeti onlar kimi düşünməyənlərə və ümumiyyətlə,kimə gəldi bir yara vurmağa çalışırlar. Vaxtiləçiyin-çiyinə mübarizə apardıqları insanları da ləkələmək üçün, gözdən salmaq üçünağına-bozuna baxmadan nə gəldi suyu qurumaqda olan dəyirmanlarında üyüdüb tökürlər.Düzdür, bu gün əsas hədəfləri Rauf Arifoğludu.Özlərinin əməkdaşları mükafatlandırılanda bunu özlərinin halal haqları bilirlər.Mən də «Azadlıq» qəzetinin mükafatlandırılan əməkdaşlarının mükafatlarını elə özlərininhalal haqqı sayıram. Amma görəsən niyə başqaları mükafatlandırılanda bu qədər qısqanclıqlayanaşırlar?

Rauf Arifoğlu 1988-ci illərdən meydanda, belə demək mümkünsə,cəbhə vərəqələri yayırdı və sonra cəbhə vərəqələrindən«Yeni Müsavat» qəzeti yaratdı. Yəni sıfırdan Azərbaycan xalqına bir qəzet bəxş elədi. İctimai rəyətəsir edən, ən çox oxunan bir qəzet.Özünün kursu olan, müstəqil bir qəzet, yəni partiyasının da divar qəzetinə çevrilmədi. Və halal haqqı idi, «Əməkdarjurnalist» adı aldı və bununla da Yurdçularonu xalq düşməni elan elədilər və indi dəqırğın gedir. Bu qırğını saxlamağa ATƏT-in də gücü çatmaz.

Vaxtilə «YeniMüsavat» kimi nüfuza və reytinqə malik olanNəcəf bəyin yaratdığı «Azadlıq» qəzetinə sonradan sahib olanlar, hazıra nazirolanlar isə bu qəzeti Yurdun divar qəzetinəçevirdilər. Və dediyim kimi, indi dətiyəsi qırılmış paslı qılıncları ilə hamınıyaralamağa çalışırlar.

Bir neçə dəfədə məni və hətta övladımı hədəfə götürüblər.Cavab verməmişəm, çamırdı da atıblar düşüb yerə və yaxud da elə öz üstlərinə.

Bu günlərdə görürəmki, yenə mənim haqqımda xoşagəlməz yazılar gedir qəzetdə. Bu yaxınlarda biri yazılmışdı. Müəllifxanım olduğuna görə cavab vermək istəmədim. Hərçənd ki, yazıda mənə və övladlarımaqarğış eləmişdi, yəni bir qadın gərək bunuözünə sığışdırmayaydı. Və bir də ki, nə mən, nə də kimsə kimlərinsə alqışlarıylayaranmamışıq, kimlərin qarğışı ilə də nəsə olaq.

Maraqlıdır, yazıbki, qəzetinin adı ilə əməli düz gəlməyən.Heç nə istəmirəm, «Ədalət»in 25 illik tarixindəvə mənim bir jurnalist, bir ziyalı, bir millət vəkili kimi əməllərimdə bircəədalətsiz nəsə tapıb qoysun ortaya. Sağ ol deyim, üzr istəyim və əllərindən öpüm.

Maraqlıdır, LeylaYunus kimi, Arif Yunus kimi bu sıradan olan, Vətənə xəyanətdə suçlanan, müxtəlif cinayət əməllərində suçlanan insanlara bunlar azadlıq tələb edə bilər,Amerikaya, Avropaya və hansı kərtənkələlərəmüraciətlər ünvanlaya bilər, onların diqtəsi ilə ölkədə qarşıdurmalar yaratmağa çalışa bilər, amma mən bir ziyalı kimi hələ əməli sübuta yetirilməmiş, hələ istintaqı başa çatmamış, hələ haqqında məhkəmənin hökmü çıxmamış bir gənc haqqında ürək yanğısıyla bir söz deyə bilmərəm?! Və bu sözləri deyəndə də qeydeləmişəm ki, kimin bu cinayətdə nə günahı varsa onu istintaq müəyyənləşdirməlidir.

Və mən heç vaxt qəzetdəAzərbaycanı bölgələrə ayırmamışam. Kimsəni yeraz, kimsəni kraz, nə bilimnə adlandırmamışam. Amma «Azadlıq» qəzetiqəbiristanlıqları da bölür. Yazır ki, yerazların bərli-bəzəkli qəbirlərindən sonra. O qəbirlərdə yatanları təhqir edir və bununda fərqinə varmır. Nə isə…

Çox maraqlıdır,bunlar bir-birini haqsızcasına müdafiə edə bilər, amma bunlardan olmayan ziyalılarbir-birləri haqqında, özü də şəxsiyyətləriyox, yaradıcılıqları haqqında iki kəlmə xoş söz deyəndə bunların əsəbləripozulur. Hansısa bir qələm yoldaşımın mənim hansısa bir əsərim haqqında, ya ədəbiyaradıcılığım haqqında, ya da jurnalistlikfəaliyyətim barədə ikicə kəlmə söz deməyi nədənsə «Azadlığ»ın A.Türkoğlu adlı əməkdaşınıhavalandırıb. Və götürüb yenə məniməleyhimə döşəyib. Mən Azərbaycanın qələm sahiblərindən soruşuram A. Türkoğlu adındabir jurnalist tanıyırsınız? Onun nəsə bir yazısını oxumusunuz, hərdənbir «Azadlıq» qəzetində ona-bunadaş atmaqdan başqa?

Bağışla da, A.Türkoğlu,indən belə nə yazı yazsam gərək sənlə məsləhətləşim.Nə çıxışım olsa mətnini gətirib sənə əvvəlcədənoxutduracam bunu demək olar, bunu demək olmaz, nəyə bir tərəfli münasibət göstərim,nəyə iki tərəfli? Sən də apar Yurdun rəhbərliyinə oxu, üstünə viza qoyandan sonra ya çap elətdirim,yaxud da ki, gedim çıxış eləyim.

«Azadlıq» qəzetininazad olmayan əməkdaşlarından da xahiş edirəm getsinlər Razi Nurullayevlə, siyasirəqibləriylə, müharibə elədikləri mətbuatorqanları ilə münasibətlərini çözsünlər.Məni də bu savaşın içinə atmasınlar. Mənimqəzetim siyasi qəzet deyil. Amma ölkədəki siyasəti gözəl bilirəm


TƏQVİM / ARXİV