adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
02 Sentyabr 2015 13:49
8906
ƏDƏBİYYAT
A- A+

Azərbaycanın məşhur sülaləsi haqqında kitab

Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun əməkdaşı, professor Ədalət Tahirzadənin "Aşurovlar. Soyun sənədli tarixi” kitabı çapdan çıxıb.

Azərbaycan, Ukrayna və Rusiyanın arxivlərində, eləcə də onlarla şəxsi arxivdə axtarışlar aparan professor Ə.Tahirzadə zəngin material toplayıb və tarixşünaslığımızda indiyədək öyrənilməyən Aşurovlar nəslinin 300 illik tarixini ortaya qoyub.

Çar dönəmində Bakı Şəhər Dumasında beş deputatla, Cümhuriyyət Parlamentində bir deputatla və ilk müstəqil dövlətimizdə bir nazirlə təmsil olunaraq dövlətçiliyimizə xidmət edən, Azərbaycan gəmiçiliyi tarixində önəmli yer tutan, erməni-müsəlman qırğınlarında soydaşlarımızın müdafiəsini təşkil edən Aşurovların dünəni və bu günü əsərdə Azərbaycan tarixinin şərəfli bir səhifəsi kimi oxuculara təqdim edilir.