adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Sentyabr 2015 13:05
2831
MƏMLƏKƏT
A- A+

Tempetarur yüksələcək

Sentyabrın 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah ölkə ərazisində mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.

SabahAzərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, cənub-qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 30-35 dərəcə, dağlıq rayonlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.