adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Sentyabr 2015 12:45
3555
SİYASƏT
A- A+

Vitse-spiker həmsədrlərə yol göstərdi

"Dünənki insident onu göstərir ki, atəşkəs rejiminin mövcud olmasına baxmayaraq heç də insanlar dinc dövr yaşamırlar və hər gün təmas xəttində bu cür təxribatlar insan həyatına, onların əmlakına ziyanla nəticələnir”.
 
Adalet.az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ötən gün Tərtər rayonunda ermənilər tərəfindən azərbaycanlıların toy çadırının atəşə tutulması faktına münasibət bildirərkən deyib.
 
B. Muradova bildirib ki, növbəti bu cür hadisə çox ciddi narahatçılıq doğurur: "Qarşı tərəf insanlıqdan nə qədər kənar bir mövqedədir ki, hətta toy çadırını belə atəşə tutmaqdan çəkinmir. Bu onu göstərir ki, bu münaqişənin mövcudluğu, region üçün, dünya üçün  çox böyük təhlükə olaraq qalır və ATƏT-in Minsk qrupunun həmsədrləri təmas xəttində gündə baş verən insidentlərdən danışmaqdansa, bütövlükdə münaqişənin həllinə diqqəti yönəltməlidir. Çünki biz hər zaman görürük ki, münaqişədən söhbət gedərkən yalnız bu insidentlərin aradan qaldırılması yollarının, mexanizmlərinin tapılmasına daha çox diqqət yetirilir. Hətta belə bir diqqət olduğu halda da bu insidentlər davam edir. Nəzərə alsaq ki, təmas xətti Azərbaycan ərazisindən keçir, bizim vətəndaşlar daha çox itkiyə məruz qalır, Azərbaycanın tələbində nə qədər haqlı olduğunu bir daha vurğulamaq olar. Minsk qrupunun həmsədrləri öz imkanlarından maksimum istifadə etməlidirlər”.