adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

NiFRƏT

OQTAY SALAMOV
41294 | 2012-10-06 00:07
Bəzən adamlarla danışırsang Yox, belə yox, bəzən adamlarla danışmağa ÇALIŞIRSAN, amma heç nə alınmır. Adamlar səni eşitmirlər. Onlar özlərindən başqa heç kəsi eşitmək istəmirlər. Onda niyə soruşurlar ki, mən niyə susuram. Adam qəbul etmək istəmirsə, ona necə izah edəsən ki? Nədi, hər kəlməbaşı deyəcəksən ki, "yaxşı, mən çalışacağam fikrimi izah edim, amma sən məni başa düşməyəcəksən"? Axı bu da elə güclü etirazla qarşılanır ki, adam özünü şəkillərdə gördüyü Xirosimaya bənzədir.
   
   Deyə bilmirəm. Qətiyyən. Bəs niyə? Təkcə mətbuatda kiminsə cəfəngiyat sayacağı bu yazını yaza bilirəm. Bilirsiniz niyə? Məbuatı oxuyuram, elə ürəyimdən keçir ki, bağıram: "Mənə qulaq asın! Eşidin!!! Xahiş edirəm!!! Siz düz demirsiniz, cənablar!!! Qətiyyən düz demirsiniz!!! Siz vəhşisiniz, cənablarg siz vəhşisiniz!
   
   Ürəyimdən keçir, amma demirəm, deyə bilmirəm. Sonra da oturub nəyəsə görə nifrət haqda yazı yazıram...
   
   Sevmək, yaşamaq, sevinc, qəm kimi təbii hisslərin birindən - nifrət hissindən danışmaq istəyirəm. Hə, təbii və demək olar ki, hamıya çox tanış olan, bəzimizi yaşamağa, seməyə, sevinməyə qoymayan bir hissdən danışıram. Adam çox şeylərə nifrət eləyir. Amma nifrətdən nifrətə də fərq var axı. Əslində nifrətin iki forması var: klassik, bütün bəşəriyyətə xas olan növü - bütün pisliklərə, ana, uşaq qatillərinə nifrət, qocaların kəfən pullarına əl uzadanlara, zülmkarlara, pedofillərə və bütün belələrinə olan nifrət. Gəlin nifrətin bu növünü obektiv nifrət adlandıraq.
   
   Amma mən indi nifrətin digər növündən danışıram - subyektiv nifrətdən. Bəziləriniz Berti Foqtsa nifrət edirsiniz ki, guya futbolumuzu yaman günə qoyan odur. Bəziləriniz qonşunun bahalı maşınından havalanırsınız, kimsə özünün sinif yoldaşını öldürür ki, niyə o məndən uğurludur... Bax, nifrətin bu növünü subyektiv nifrət adlandırıram. Nifrətin obyektiv növü ilə hər şey aydındır. Bu növ universaldır. O azəbaycanlıya da, yapona da, hətta, üzr istəyirəm, polineziliyalıya da xasdır. Elədir? Bilirəm, ürəyinizdən sual keçə bilər ki, erməniyə də xasdır? Obyektiv sualdı, amma cavabı subyektivdir. Erməniyə nifrət həm obyektiv, həm də subyektivdir...
   
   Bəs subyektiv nifrət nədir? Onun təbiəti nədir, məğzi nədir? Belə nifrətə rəğbət lazımdırmı? Bilirəm, mübahisəli məqamlar ortaya çıxa bilər və hətta bəzən subyektiv nifrəti obyektiv kimi başa düşmək məqamları da ola bilər. Bəzən intiqam hissi ilə yaşanan nifrət obyektiv kimi görünə bilər. Elə erməniyə nifrət kimi... Amma kökünə, məğzinə baxanda, dinimiz baxımından, humanistlik baxımından baxanda da bunun sırf subyektiv nifrət olduğunu görə bilərik.
   
   Hər gün televiziyalarda göstərilən kriminallar onların iştirakçıları üçün subyektiv, tamaşaçılar üçün obyektiv nifrət kateqoriyalarını əks etdirir.
   
   Əvvəllər zorakılıq, xuliqanlıq əsasən oğlanlara, kişilərə aid edilirdi. İndi cəmiyyətin demək olar ki, hər bir üzvündən gözlənilir. Məlumatlarda adi şeylərdən danışılırmış kimi deyilir ki, bir sinifdə oxuyan qızlar öz rəfiqələrini necə amansızlıqla döyürlər, kimsə həyətdə maşını yandırır, başqası iş yoldaşından "donos" yazır, kimsə kimisə qalmaqala çəkir. Bu hələ ən primitiv misallardır... Hər biriniz onlarla, yüzlərlə başqa, daha dəşhətli subyetiv nifrət formasını misal çəkə bilərsiniz. Məncə, siz də razılaşarsınız ki, belə nifrətə rəğbət, hörmət bəsləmək, yumşaq desək, olmaz... Amma əksini deyən və edənlər də var axı.
   
   Mən bunun niyə belə olması haqda çox düşünmüşəm.
   
   Amma televizorda bir süjeti görəndə qəti nəticəyə gəldim, subyektiv nifrət qibtədən, yarımçılıq kompleksindən yaranan bir xətadır. Süjetdə bir qızın öz rəfiqələrini başqa qızı döyməyə göndərməsi göstərilirdi. Bilirsiz qızlar qarşısındakı rəfilərini necə amansızlıqla döyürdülər? Nəyə görə? Hər şey ondan başlamışdı ki, birinci qız rəfiqəsinin köçüb Amerikaya gedəcəyini eşitmişdi. Və bu da belə amansızlığın yaranmasına səbəb olubmuş...
   
   Bu yaxınlarda Şəms Təbrizinin "Könlü Geniş Və Ruhu Səyyahların Qırx Qaydası"nı oxuyurdum. Müəllif böyük müdrikliklə öz nəsihətlərini "qayda" adı altında verir ki, oxucunun heyfsiyyətinə toxunmasın. Böyüklərdən öyrənməyin özü də böyüklükdür axı. Mən belə nəticəyə gəlmişəm ki, "gərək özümüzə nəzarət eləməyi bacaraq. Biz kiməsə nifrət bəsləyəndə, bilək ki, bizin nifrətimizdə xeyirxah heç nə yoxdur.
   
   Biz sadəcə olaraq həsədliyik. Əgər kimsə mənə etiraz edib deyəcəksə ki, o başqalarını qarət edənələrə nifrət edir, məgər bu həsəddən, qibtədən yaranan nifrətdir? Onda mən xatırladım ki, lap əvvəldə obyektiv nifrətin olmasından danışdım axı. İndi subyektiv nifrətdən danışıram.

TƏQVİM / ARXİV