adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Sentyabr 2015 11:16
11379
MƏMLƏKƏT
A- A+

Şöbə müdiri vətəndaşlardan dəstək istədi

"Bu gün Azərbaycanda toyuq dönərinin satışı problemi qalır. Biz toyuq dönərinin satışı ilə məşğul olanlara cərimə sanksiyaları tətbiq edirik, fəaliyyətini dayandırırıq. Onları cəlb edirik ki, mal ətindən dönər hazırlasınlar. Bir-iki gün buna əməl edirlər, iki-üç gündən sonra yenə toyuq ətindən hazırlamağa başlayırlar".

Adalet.az xəbər verir ki, bunu Report-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.

Z.Kazımov bu məsələdə vətəndaşlardan da dəstək istəyib:

"Əgər bu gün vətəndaş dövlət orqanını dəstəkləsə, həmin yerdən dönər almasa və biz maariflənmə işini daha da gücləndirsək, problemin qarşısını almaq olar".