adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Sentyabr 2015 09:56
3789
MƏMLƏKƏT
A- A+

Puluna güvənib ağac kəsənlər

Azərbaycanda ətraf mühitin qorunması, yaşıllıqların salınması və vətəndaşların asudə vaxtlarının səmərəli təşkili hokumətin ən prioritet hesab etdiyi sahələrdəndir. Bu sahənin inkişafı üçün Heydər Əliyev Fondu da davamlı addımlar atır. Məhz həyata keçirilən uğurlu siyasət nəticəsində bu gün Azərbaycanda yaşıllıların ətahə dairtəsi genişlənib. Yeni-yeni yaşıllıq zolaqları salınıb. Ancaq bəzi hallarda bu siyasətə kölgə salan addımlar da atılır. Söhbət Xətai rayon Sarayevo 8 ünvanından gedir. Bu ərazidə yaşayan bir qrup vətəndaş redaksiyamıza müraciət edib. Onlar müraciətlərində göstərir ki, Xətai rayon Sarayevo küçəsində "ağac qətliyamı” həyata keçirilib. Səbuhi adlanan fiziki şəxs tərəfindən həyata keçirilən proisesdə 22 ağac məhv edilib.



Səbuhini qoruyan güc kimdir?

Sakinlərin dediklərinə görə, hadisə mart, aprel aylarında baş verib. Sarayevo küçəsində olan ağaclar gecə saatlarında kəsilib. Öncə ərazidə avtomobil dayanacağının tikiləcəyi deyilsə də sonradan məlum olub ki, Səbuhi adlanan bir nəfər həmin ərazidə obyekt inşa etdirmək istəyir. Sakinlər bildirir ki, gecə yarısı kəsilən ağaclar zibil maşınları ilə daşınıb: "Ərazidə olan ağacların kəsimini həyata keçirənlər sanki bu işdə profionaldırlar. Dəmir mişarla ağacıları kəsəndən sonra zibil maşınlarına yığıb daşıyırdılar. İşi elə peşəkarlıqla həyata keçirirdilər ki, sakinlər bu işdən duyuq düşməsin. Günlərin bir günü ərazidə olan ağacların yalnız kötüklərinin qaldığını gördük. Artıq gec idi”.

Məlumat üçün bildirək ki, Səbuhi adlanan şəxs ərazidə gücflü biznesmenlərdən hesab olunur. O, ərazidə xalça satışını həyata keçirir. Ərazidə kifayyət qədər obyekt sahibi olan Səbuhi puluna arxayin olaraq bu işləri həyata keçirib. Onun Xətai rayonunda yeni tikilən obeykti də var. Həmin obeyktlə də bağlı ilkin araşdırmalara başlamışıq. Görək, Səbuhi adlanan şəxs bu obyektlərə hansı sərmayyə ilə sahib olub???

Sakinlər imdad diləyir

Redaksiyamıza müraciət edən sakinlər baş verənlərlə bağlı aidiyyatı qurumlara edilən müraciətlərin bir nəticə vermədiyini bildirirlər. Onların sözlərinə görə, məsələ ilə bağlı Xətai rayon icra hakimiyyəti, polis və prokratura, Ekologiya Nazirliklərinə ətraflı məlumat verilib: "İcra hakimiyyətindən öncə bizə bildirdilər ki. ərazidə avtomobil dayanacağı tikiləcək. Biz də prosesin gedişini izləyirdik. Ancaq sonradan ərazidə heç bir tikinti işləri aparılmadı. Məlum oldu ki, bu işi həyata kieçirən Səbuhi adlanan şəxs bizi aldadır. Onun fikri ərazidə obyekt tikməkdir. Hətta bizdə olan məlumata görə, o bu yerin razılığını da alıb”. Sakinlər onu da qeyd edir ki, etirazların çoxaldığını görən Səbuhi əraziyə torpaq tökdürüb, yolun kənarlarına səki qoydurub: "Bir gecənin içində əraziyə 10 maşına yaxın torpaq tökdürdülər. Əraziyə səki qoyuldu. Torpağı bu əraziyə tökdürməklə ağaclara qarşı edilən "soyqırımı” gizlətməyə çalışırlar. Həmin ərazidə 22 ağac kəsilib. İndi onların kötüklərinin bəzisi torpağın altında qalıb”. 
Sakinlər onu da deyir ki, hadisə baş verən ərəfədə Ekologiya Nazirliyinin nümayəndələri ərazidə olub. Səbuhi adlanan şəxsə qarşı cərimə tətbiq olunub. Ancaq sonradan bu cərimə yüngül pulla həll olunub. Akt dəyişdirilib. 


Sakinlərin dedikləri bu faktları araşdırmaq üçün ərazidə olduq. İlkin araşdırma zamanı məlum oldu ki, ağac "soyqırımı” məqsədli şəkildə həyata keçirilib. Çünki iki tərəfi magistral yolla əhatələnən ərazi əslində obyekt üçün çox əlverişlidir. Bu işi həyata keçirənlər isə avtomobil dayanacağından daha çox ticarət obyekti tikməyi düşünüblər.

Ekologiya Nazirliyinin mətbuat xidməti ilə məsələni araşdırmağa çalışdıq. Nazirliyin sözcüsü İradə İbrahimova bildirdi ki, ərazidə baş verənlər nazirlik tərəfindən qeydiyyata götürülüb. Akt tərtib olunub. Ancaq ağaclar gecə vaxtı kəsildiyinə görə, bunu edən şəxsin kimliyi məlum deyil. Bu üzdən Xətai rayon polis idarəsinə, Xətai İcra Hakimiyyətinə məktubla müraciət edilib.

Sakinlər isə aidiyyatı qurumların susqunluğunu görüb dövlət başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya müraciət etməyi düşünürlər. Sakinlərin tələbi odur ki, kəsilən ağacların yerinə eyni ağac əksinlər. Bununla bağlı icra hakimiyyətinə və Ekologiya nazirliyinə də müraciət edəcəklərini bildirirlər.

Ədil Ədilzadə