Müsavat namizəd siyahısını açıqladı
Müsavat Partiyası noyabrın 1-də
keçiriləcək parlament seçkilərinə namizədlərinin tam siyahısını açıqlayıb.
Partiyadan daxil olan məlumata
görə, namizədlərin siyahısı Müsavat Məclisinin avqustun 29-da keçirilən
sessiyasında təsdiqlənib.
Seçki qərargahının sədri Gülağa Aslanlı bildirib ki, 70-dən artıq dairə üzrə
namizədlərin siyahısı təsdiqlənib. Digər dairələr üzrə namizədlərin
dəqiqləşməsi işi də davam etdirilir.
Qeyd edək ki, Müsavatın namizəd siyahısında diqqətçəkən bir neçə ad da var.
Belə ki, gənclərin əsas lider kimi tanıdığı Tural Abbaslı "Ağ blok” yaradaraq,
faktiki olaraq partiyadan ayrı fəaliyyət göstərir. O, namizəd siyahısında yer
almasa da, T. Abbaslının anası Başxanım Abbaslı Müsavatın deputatlığa
namizədidir. Bundan başqa, Müsavat üzvü olmayan Azərbaycan Milli Demokrat
Partiyasının sədri İsgəndər Həmidov da siyahıda yer alıb. Siyahıda Arif
Hacılının qardaşı Mustafa Hacılı da var.