adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Sentyabr 2015 17:40
4436
MƏDƏNİYYƏT
A- A+

Nazirlik şirkət və mehmanxanalara lisenziya verdi

 Mədəniyyət və Turizm Nazirliyi üç şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, "Butterfly travel” MMC, "Natali Travel” MMC və "Express-TTS” MMC turizm fəaliyyəti ilə məşğul ola biləcəklər. 

 

Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 284-ə çatıb.

 

Şöbədən qeyd ediblər ki, avqust ayı ərzində həmçinin beş mehmanxana və mehmanxana tipli obyektin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib.