adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Sentyabr 2015 17:13
6844
ŞOU-BİZNES
A- A+

Türkan Şoray xəstəxanalıq oldu

Türk filminin canlı əfsanəsi Türkan Şoray film çəkilişi zamanı xəstələnib. Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çoxdan bəri rejissorluğa yenidən başlamaq arzusunda olan Şoray nəhayət,70 yaşında bu arzusuna çatırdı ki, ona da yaşı və səhhəti imkan vermədi. Uzunmüddətli çəkiliş meydançalarında olan, əsəbiləşən Türkan Sultan xəstəxanalıq oldu. Amma yenə də rejissorluq kürsüsünü əldən vermək niyyətində deyil. Belə ki, aktrisa müalicədən sonra yenidən çəkilişə qayıdacaq, amma bu dəfə həkim heyəti ilə birlikdə. Çəkilişlər zamanı həkimlər onun səhhətini nəzarətdə saxlayacaqlar.

Türkan Şoray 1945-ci ildə İstanbulda məmur ailəsində doğulub. Çərkəz əsilli gözəl Yeşilcama 13 yaşında gəlib. Ümumilikdə, 220 filmə çəkilməklə dünya rekordu vurub. 1990-cı illərdən etibarən rejissorluq edib. 20 mükafat sahibidir.    


Şəfiqə ŞƏFA