adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Sentyabr 2015 17:06
2646
SİYASƏT
A- A+

Lavrov Bakıda

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfərə gəlib.

 Adalet.az-ın məlumatına görə, səfər zamanı Azərbaycan-Rusiya münasibətlərinin ikitərəfli və çoxtərəfli formatda müxtəlif aspektlərinin müzakirəsi planlaşdırılır, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli və ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesindəki rolunun danışıqlar obyekti olacağı gözlənilir.

S.Lavrov qısamüddətli işgüzar səfər zamanı azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşəcək.