adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
01 Sentyabr 2015 15:57
2308
HADİSƏ
A- A+

Ermənilər toy çadırını atəşə tutdu - 3 yaralı var

Hadisə rayonun Qapanlı kəndində baş verib

Erməni silahlı bölmələri Azərbaycanın Tərtər rayonunda toy çadırını atəşə tutub, 3 mülki şəxs yaralanıb.

Hadisə rayonun Qapanlı kəndində həyətdə toy mərasimi keçirilərkən baş verib. Nəticədə toyda iştirak edən63 yaşlı Müşkinaz Tanrıverdiyeva, 67 yaşlı Mədinə Əhmədova və azyaşlı Zəhra Əlizadə xəsarət alıblar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova  deyib ki, yaralılardan biriTərtər Mərkəzi Rayon Xəstəxanasına, bir nəfər isə Bərdə Mərkəzi Rayon Xəstəxanasınaçatdırılıb. İnsident zamanı qaçarkən yıxılan və yüngül zədə alan Zəhra Əlizadə isə ev şəraitində müalicə olunur.