adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Sentyabr 2015 15:10
3313
DÜNYA
A- A+

Taciklər iqtisadi böhranı bu yolla qabaqlayırlar

Tacikistan dünyadakı böhranla əlaqədar artıq yığıcılıq prosesinə başlayıb. Artıq əhali böhranın uzunmüddətli və ağır olacağından narahat olaraq ərzaq ehtiyatına başlayıb. Hətta rəsmi şəlidə əhaliyə bununla bağlı müraciət olunub. Ölkə prezidenti Emoməli Rəhmon dünya iqtisadiyyatındakı vəziyyətlə əlaqədar respublika əhalisini iki illik ərzaq ehtiyatı görməyə çağırıb. Dövlət başçısı bunun səbəbini Tacikistanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının məzənnəsinin aşağı düşməsi, dünya bazarlarında əsas ixrac-idxal məhsullarının qiymətlərinin dəyişməsi iə izah edib. 

Bununla əlaqədar E.Rəhmon nazirlik və idarələrin rəhbərləri, icra orqanlarına milli iqtisadiyyat sahələrinin sabit inkişafının təmin edilməsi və makroiqtisadiyyatın dayanıqlığının qorunub saxlanması üçün bütün səylərini əsirgəməməyi tapşırıb.