adalet.az header logo
  • Bakı 19°C
01 Sentyabr 2015 14:42
3032
MƏMLƏKƏT
A- A+

Suyun keyfiyyəti ilə bağlı dövlət standartları təsdiqlənib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yeni dövlət standartlarını təsdiq edib.
Adalet.az-ın məlumatına görə, Dövlət Komitəsi beynəlxalq standartlar əsasında suyun keyfiyyəti ilə bağlı 6 dövlət standartını təsdiq edib.

Bura AZS 807-2015 (ISO5666-1999) "Suyun keyfiyyəti. Civənin təyini”, AZS 808-9-2015 (ISO 6107-9-1997) "Suyun Keyfiyyəti – Lüğət Hissə 9. Əlifba sırası üzrə siyahı və mövzuların cədvəli”, AZS 809-1-2015 (ISO 8689-1:2000) "Suyun keyfiyyəti – Çayların bioloji təsnifatı. Hissə 1: Bentik (suyun dibindəki) makroonurğasızların tədqiqi əsasında alınan bioloji keyfiyyət məlumatının təfsiri üzrə təlimat”, AZS 809-2-2015 (ISO 8689-2:2000) "Suyun Keyfiyyəti - Çayların Bioloji Təsnifatı Hissə II:Bentik makroonurğasızlar sinfi üzrə aparılan tədqiqatlardan götürülmüş bioloji keyfiyyət haqqında məlumatın təqdimatına dair rəhbər sənəd”, AZS 832-2015 (ISO 14015-2001) "Ətraf mühitin idarə edilməsi. İstehsal sahələrinin və təşkilatların ekoloji qiymətləndirilməsi. Prinsiplər və struktur sxem” və AZS 833-1-2015 (ISO 10304-1:2007) "Suyun keyfiyyəti - İonların maye xromatoqrafiya üsulu ilə həll olmuş anionların təyini. Hissə I: Bromid, xlorid, flüorid, nitrat, nitrit, fosfat və sulfatın təyinatı” dövlət standartları daxildir.