adalet.az header logo
  • Bakı 21°C
01 Sentyabr 2015 14:47
6729
ŞOU-BİZNES
A- A+

Məşhur hind aktyorundan türk tələbəyə jest

Məşhur hind aktyoru  Əmir Xan türkiyəli tələbə qıza gözlənilməz jest edib. Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mərmərə Gözəl Sənətlər Universitetində oxuyan Gizəm İbak adlı tələbə Bollivud aktyoruna məktub göndərib. Tələbə öz məktubunda bu yaxınlarda çəkilişlərinə başlanacaq "Danqal” adlı filmin hazırlıq prosesini yaxından izləmək arzusunu bildirib. G.İbak məktubu yollasa da cavab gələcəyini gözləmirdi. Nə çox məşhur aktyora məktub yollayan gənc qız! Amma gözlənildiyinin əksi olub. Cavab məktubu özünü ləngitməyib. Əmir Xan tələbə qızı Hindistana, çəkiliş prosesini izləməyə dəvət edib, üstəlik onunla tanış olmaq istəyini də əlavə edib. Beləliklə, arzusuna çatan Gizəm 18 oktyabrdan məşhur hind aktyorlarının çəkiliş prosesinə şəxsən şahid olacaq.

Aylardır ön hazırlıqları aparılan filmin çəkilişləri Yeni Delhi, Mumbay və Kəlküttə şəhərlərində baş tutacaq. Əmir Xan bu filmdə bir güləşçini canlandıracaq.

Qeyd edək ki, son illərdə Türkiyədə Hindistan filmlərinə, Bollivud aktyorlarına böyük maraq yaranıb.  

50 yaşlı Əmir Hüseyn Xan hazırda Hindistan kinosunun ən böyük ulduzlarından biridir, o, eyni zamanda prodüser, rejissor və ssenarist kimi də məşhurdur. AMİR KHAN PRODUCTİON adlı şirkəti var. Hindistanın ən çox qazanan aktyorudur. İlk filmi 8 yaşında çəkildiyi, əmisi Nəsir Hüseyn Xanın filmi olan "Yaadon ki Barat" (1973) olub.

2001-ci ildə prodüserliyini etdiyi və çəkildiyi "LAGAAN” filmi Oskar mükafatına namizəd olub. Dünyanın 10 müxtəlif ölkəsindən mükafatlar alıb. BBC-nin "Ölməzdən əvvəl görülməsi lazım olan 50 film" siyahısına daxil olub. 2012-ci ildə anasına verdiyi sözü tutaraq birlikdә Həccə gediblər.


Şəfiqə ŞƏFA