adalet.az header logo
  • Bakı 22°C
01 Sentyabr 2015 14:23
3111
MƏMLƏKƏT
A- A+

Elçin Quliyev vətəndaşları qəbul edəcək

Sentyabr ayının 09-dа saat 11:00-da Zaqatala Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin (DSX)  rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Balakən, Oğuz, Qax, Qəbə­lə, Şəki və Zaqatala  rayon sakinlərinin qəbulu keçiriləcək. DSX-nin məlumat mərkəzindən verilən xəbərə görə, qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları sentyabr ayının 08-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az  adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-43 və 012-498-01-29 nömrəli telefon­larla əlaqə saxlanılması və ya Zaqatala Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.