adalet.az header logo
  • Bakı 19°C
01 Sentyabr 2015 14:11
2152
HADİSƏ
A- A+

DSX qaçaqmalçılığın qarşısını aldı

23 avqust 2015-ci il tarixdə Ağstafa rayonunun Sadıxlı kəndi əra­zi­sin­dəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respub­li­ka­sına gətirilməsi üçün sərhədboyu zolaqda gizlədilmiş 120 qutuda 3000 (üç min) ədəd, 30 avqust 2015-ci il tarixdə isə Ağstafa rayonunun Dəmir­təpə adlanan ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Qazax rayon sakini 1990-cı il təvəllüdlü Zülfüqarov Natiq Nəbi oğluna məxsus yataqda gizlədilmiş 17 ədəd bağlamada 5 adda 4411 (dörd min dörd yüz on bir) ədəd Çin istehsalı olan pirotexniki vasitə aşkar edilərək götürülmüşdür.

30 avqust 2015-ci il tarixdə Şıxlı buraxılış məntəqəsində Ağcabədi rayon sakini 1970-ci il təvəllüdlü Hüseynov Eldar İmran oğlu Azərbay­can Respublikasında qeydiyyatda olan avtomobilə məxsus tex­ni­ki pas­port­la və AZ 99-NF-844 dövlət nömrə nişanını Gürcüstan Res­pub­­lika­sın­da qeydiyyatda olan "Mersedes-Benz” markalı avtomo­bi­lin üzərinə bağla­yaraq dövlət sərhədindən keçirərkən saxlanılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.