Oqtay Əsədov çexiyalı həmkarı ilə görüşdü
ABŞ-a səfəri çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədov Çexiya parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek ilə görüşüb.
Adalet.az-ın Milli Məclisin rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə qarşılıqlı əlaqələrin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Y.Hamaçek cari ilin iyun ayında Bakıda keçirilmiş birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini qeyd etdi və ikitərəfli əlaqələrin inkişafını yüksək qiymətləndirib.
Azərbaycan-Çexiya əlaqələrindən məmnun olduğunu bildirən O.Əsədov Çexiya Respublikasının Xocalı faciəsinə ilk siyasi qiymət verən Avropa dövlətlərindən biri olduğunu qeyd edib.
Tərəflər iki ölkə arasında iqtisadi, mədəni və təhsil sahələrində birgə proqram və layihələrin hazırlanmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, BMT-nin mənzil qərargahında keçirilən Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransı Beynəlxalq Parlamentlər Birliyi tərəfindən təşkil edilir və hər beş ildən bir keçirilir. Builki konfransda 140 ölkəni təmsil edən 138 parlament spikeri və 39 spiker müavini iştirak edir. Konfrans sentyabrın 2-dək davam edəcək. Azərbaycanı konfransda Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti təmsil edir.
Digər Xəbərlər
25 Aprel 2024 12:55
İlham Əliyev və Japarov Cümə məscidinin açılışında
25 Aprel 2024 12:47“Bizdən istənilsə də, biz Ukraynaya silah vermirik” - İlham Əliyev
25 Aprel 2024 10:26“Bakı-Moskva əməkdaşlığı həm də BAM-ın miqyasına və tarixi əhəmiyyətinə uyğun qiymətləndirilir”
25 Aprel 2024 09:10Prezident sülhməramlıların Qarabağı tərk etməsinin detallarını AÇIQLADI
25 Aprel 2024 09:00