Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | BİR ÖMRÜN MONOLOQU Adalet.az | BİR ÖMRÜN MONOLOQU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BİR ÖMRÜN MONOLOQU

35776    |   2015-09-01 08:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


("Sənət fədailəri" silsiləsindən)
Ömrü boyu monoloqlar söylədi. Gah Romeo oldu, Şekspir qəhrəmanının çılğın məhəbbət duyğularını səsləndirdi, gah Cəlal kimi "düşmən qızı"nın-Humayın qarşısında diz çökdü, gah da Ezop kimi insanları ağıla, təmkinə səslədi...
1942-ji ilin 22 aprel günü Təbrizdə, şirniyyatçı Abbasqulu kişinin evində bir oğlan uşağı dünyaya gəldi. Adını Həsən qoydular.
1946-cı ilin soyuq dekabr günlərinin birində isə Məşrutə hərəkatı qan dənizində boğuldu. Bir əsrdə artıq üçüncü dəfəydi ki, Uənubi Azərbaycanda azadlıq hərəkatı -istiqlal savaşı beləcə söndürüldü..Və o soyuq dekabr günlərinin birində Abbasqulu kişi ailəsiylə birgə Arazın bu tayına pənah gətirəcəkdi.
Onda Həsən Əblucun 4 yaşı vardı.
1992-ci ilin fevral günlərinin birində isə gözlərində sevinc parıltıları Təbrizə gedəcək, qayıdanda Təbrizin gözəlliklərini ruhuna yayacaq, özünü tanımayacaqdı. Təsis etdiyi "Tusi" Mədəniyyət Mərkəzi də din və qan qardaşlarını mənən qovuşdurmaq istəyiylə yaranmışdı. Azərbaycan filmlərinin İran, İran filmlərinin isə Azərbaycan dilində səsləndirilməsində bu mədəniyyət mərkəzi qısa müddət ərzində xeyli iş gördü.
Bəli, illər boyu belə bir arzuyla yaşayırdı ki, bir gün Təbrizin küçələrini, xiyabanlarını addım-addım gəzəcək, həsrətiylə yaşadığı bu şəhərin havasını udacaq, doğulduğu torpağın gülü, çiçəyi qarşısında baş əyəcək, doğma adamların şirin ləhcəsini eşidəcək...Və bu arzusuna çatdı. Amma bir arzusu da vardı: Təbrizdə pyes tamaşaya qoymaq. Həsən Əbluc bu arzunu ölən gününə qədər ürəyində gəzdirdi.
Mən radioda, televiziyada dəfələrlə onun böyük məharətlə ifa etdiyi şeirləri dinləmişəm. Açığını deyim ki, onun qiraət ustası kimi misilsiz ifaçılığı, Hadidən, Müşfiqdən və onlarla başqa şairdən şeir deməyinə heyranlığımı gizlədə bilməmişəm. O, təkcə şeir demirdi, şairi dirildirdi, gözlərim qarşısında canlı Hadini, canlı Müşfiqi görürdüm.
Həyatda isə cəmi bircə dəfə üz-üzə gəlmişik (Teatrda bir neçə dəfə onun oynadığı rollara tamaşa etmişəmsə də). Hüsü Hacıyev küçəsiylə yol gedirdim. Onu gördüm, istər-istəməz ayaq saxladım. Və birdən o da mənə sarı çevrildi: "Kibritin varmı?" dedi. Uibimdən alışqanı çıxardım və onun papirosunu odlandırdım. Ani işıqda onun gözlərinin içinə baxdım. Gözləri qəmli idi. Və bu bir neçə saniyə ərzində Həsən Əbluc gözlərimin qarşısında Hadiləşdi.
Mən solmalıyam ta ki açılsın da baharım,
Mən sönməliyəm şəşələnsin də naharım.
Mən ölmədən əvvəl vətənim oldu məzarım,
Ərbabi-zəka düşmənidir indi diyarım.
Söndükcə zəka əhli-vətən ağlayacaqdır,
Göz incisi yaşlar o zaman parlayacaqdır.

Papirosunu yandırdı, təşəkkür etdi və getdi. Beynimdə haçansa ondan bir yazı yazmaq fikri dolaşdı. Tezliklə bu arzumu gerçəkləşdirəcəkdim, amma amansız ölüm aman vermədi. Yalnız qardaşı, tanınmış kinorecissor Ənvər Əblucla onun həyat və sənət yolu barədə söhbət edə bildim.
Həsən Əbluc əsl sənət fədaisiydi. Nə məşqdən, nə teatrdakı, nə də radio-televiziyadakı işindən yorulardı. Mütaliəsinə, dünyagörüşünə heyrət edmrdilər. Kazım Ziyadan və Müxlis Uənizadədən sonra səhnəyə çıxıb şeiri ŞEİR kimi söyləyən nadir aktyorlarımızdan biri idi və uzun illər tələbələrinə də bu istedadını əsirgəməmişdi.Amma Həsən Əbluc öncə aktyor idi. Hələ tələbə ikən Əzizbəyov teatrının səhnəsində Şeyda müəllim (Sabit Rəhman-"Toy") rolunu oynamışdı. Sonra uzun illər Gənc Tamaşaçılar Teatrında əvəzsiz rollar ifa elədi. Bəlkə bilərəkdən, bəlkə də nəyinsə naminə eyni rolu üç aktyora tapşırırdılar, amma o rola uzunömürlülük bəxş edən Həsən Əbluc olurdu. Onun Uəlalı (Səməd Vurğun- "Komsomol" poeması), Silviosu (K.Qaldoi-"İki ağanın bir nökəri"), Romeosu (Şekspir-"Romeo və Uülyetta") öz bitkinliyilə seçilirdi. Xüsusilə Uəlal rolu onun ifasında çox koloritli, temperamentli idi. O, bu obrazın içindəki daxili dramatizmi, bir insan kimi ideya vurğunluğunu və böyük məhəbbətini həm həzin, həm də çılğın notlarla ifa edirdi. Romeo isə daza cazibəli idi-Həsən Əbluc Şekspiri duyurdu. Faciəvi rollar üçün yaranmışdı sanki.
Deyirlər ki, kino üçün, xüsusilə seçilən rollara boylu-buxunlu, gözəl-göyçək, cüssəli aktyorlar, aktrisalar lazımdı. Həsən Əbluc isə boyca o qədər də cazibəli deyildi, bəlkə buna görə kino recissorlarının heç biri onu çəkilişlərə dəvət etmirdi. Ancaq 1982-ci ildə "Atları yəhərləyin" ("Qaçaq Nəbi") filmində kəndxuda kimi epizodik bir rola çəkildikdən sonra tilsim buzu əridi. Sonra qardaşı Ənvər Əbluc onu "Qara gölün cəngavərləri" filmində baş rola çəkdi. Daha sonra "Tənha narın nağılı" filmində Səyyad müəllimi, "Pəncərə"də Rövşənin atasını oynadı. Hələ "Çarəsiz sərnişinlər" və "Qatarda" televiziya tamaşalarındakı rolları. İsi Məlikzadənin "Qatarda" tamaşasındakı Sabit Mirzə rolu əslində, onun öz prototipi idi, dcsək, yanılmarıq.
Amma məyus olduğu günlər də vardı. Görürdün, hansısa bir rolu əlindən alırdılar, hansı tamaşayasa quruluş verməliydi, işə başlayırdı, amma kimsə o tamaşaya yiyə dururdu.
Recissorluğa həvəsini təsadüfi saymaq olmazdı. Gənc Tamaşaçılar Teatrında bir neçə pyesə quruluş verəndən sonra özünə inamı artmışdı. O, elə sənətkar idi ki, istənilən əsərin ruhunu, əsas ideyasını duya bilirdi. İstər oynadığı rollarda, istərsə də quruluş verdiyi əsərlərdə ilk növbədə, müəllif ideyasını və bu ideyanın müasir dövrlə necə səsləşdiyini düşünürdü və çalışırdı ki, bu ideyanı səhnədə parlaq şəkildə təcəssüm etdirsin. Ömrünün son illərində qərara almışdı ki, Mirzə Uəlilin "Anamın kitabı"nı hazırlasın. Böyük bir şövqlə məşqlərə başladı. "Anamın kitabı" Mirzə Uəlilin azərbaycançı ideyalarının ən mükəmməl şəkildə ifadə olunmuş əsəriydi və bu əsər indinin özündə də müasirdir. Həsən Əblucun fikrincə, "Anamın kitabı" nəsillərə mənəvi vəsiyyət idi ("Salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi...Hərdən bir ana dilində danışmaq ilə keçmişdəki o gözəl günləri yad etməyin nə eybi var"- bunu Mirzə Uəlil "Anamın kitabı"nı qələmə almamışdan xeyli əvvəl yazmışdı).
Böyük bir həvəslə məşqlərə başladı.
Və 1994-cü ilin 13 martında -elə o pyesin məşqində Həsən Əbluc gözlərini əbədi yumdu (Bu pyesi az sonra onun qardaşı Ənvər Əbluc tamamladı).
"Anamın kitabı" onun sənətdə sonuncu monoloqu oldu. Amma bu monoloqu o axıra kimi söyləyə bilmədi.
Bir sənət fədaisinin ömrü sona yetdi, amma nadir hallarda olsa da, biz televiziyada yenə onun monoloqlarını eşidir və təskinlik tapırıq ki, İNSAN ÖLÜR, AMMA SƏNƏTİ YAŞAYIR...




YAZARIN ARXİVİ

2019-06-27 : Səmimi şeirlər
2019-01-20 : 20 YANVAR: 29 İL
2018-11-03 : Çiçək sevgisi
2018-10-17 : HALALLIQ
2018-05-18 : ƏDƏBİ HƏYAT
2018-04-28 : ƏDƏBİ HƏYAT
2018-01-19 : ƏDƏBİ HƏYAT
2016-09-30 : AFƏT VİLƏŞSOY
2016-07-02 : ƏDƏBİ HƏYAT
2016-06-25 : QƏRİB HEY!..
2016-05-14 : ƏDƏBİ HƏYAT
2015-11-14 : ƏDƏBİ HƏYAT
2015-10-03 : ELM FƏDAİSİ
2015-09-05 : USTAD
2015-06-26 : O MƏSTAN Kİ...
2015-06-03 : "ŞEİR VAXTI"
2015-04-15 : "TƏNHA LALƏ"
2015-04-14 : NOVATOR ŞAİR
2015-04-11 : "QISA QAPANMA"
2015-04-04 : USTAD ŞAİR
2015-03-20 : ƏDƏBİ HƏYAT
2015-03-14 : BU, DİLSUZDUR...
2015-03-13 : ALTI ON- ON ALTI
2015-02-28 : ƏDƏBİ HƏYAT
2015-02-18 : Vahid dünyası
2015-01-20 : 20 YANVAR: 25 İL
2014-12-30 : ŞAİR ÖMRÜ
2014-12-27 : ƏDƏBİ HƏYAT
2014-12-10 : TƏZADLI BOYALAR
2014-12-06 : TOFİQ BAYRAM
2014-11-08 : ƏDƏBİ HƏYAT
2014-10-18 : SABİR AZƏRİ
2014-10-11 : ƏDƏBİ HƏYAT
2014-09-06 : ƏDƏBİ HƏYAT
2014-08-30 : ƏDƏBİ HƏYAT
2014-08-16 : QƏZƏL YAŞAYIR
2014-08-09 : LİRİKA - 2013
2014-07-26 : LİRİKA - 2013
2014-07-19 : LİRİKA - 2013
2014-06-07 : VƏTƏN HARAYI
2014-05-17 : İŞIĞA DOĞRU
2014-03-29 : TƏMSİL USTASI
2013-12-14 : UCALIQ YOLUNDA
2013-12-03 : NAKAM ŞAİRLƏR
2013-11-16 : VAQİF HÜSEYNOV
2013-11-09 : İLTİFAT SALEH
2013-10-19 : ELMAN HƏBİB
2013-10-12 : SAKİT İLKİN
2013-10-05 : MƏMMƏD KAZIM
2013-09-07 : ŞƏKƏR ASLAN
2013-08-24 : SAQİF QARATORPAQ
2013-06-15 : HƏZİN XƏYAL
2013-04-13 : MİLANDA ÖLÜM
2012-12-15 : MODERNİST ŞAİR
SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK