adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Sentyabr 2015 12:16
5263
MƏMLƏKƏT
A- A+

Kəndlərə təbii qaz verildi

Qax rayonunun Qıbçaq kəndinə ilk dəfə olaraq, Lənkəran rayonunun Balıqçılar kəndinə isə yenidən təbii qaz verilib.

Adalet.az xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.  

Qax rayonunda keçirilən tədbirdə bildirilib ki, 234 abonenti olan Qıbçaq kəndinin ilk dəfə qazlaşdırılması məqsədilə 19719 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.  

Lənkəran rayonunun 499 abonentlik Balıqçılar kəndinə təbii qazın verilişinin bərpa edilməsi münasibətilə keçirilmiş mərasimdə qeyd olunub ki, qazlaşdırılma işləri zamanı birpilləli sistem əsasında ümumi uzunluğu 40,4 kilometrdən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 499 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.