adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Sentyabr 2015 11:54
4221
GÜNDƏM
A- A+

Helikopterlər havada - Fotolar

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Qartalı - 2015” birgə taktiki təlimləri bu gün də davam edib. Adalet.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimlərdə aviasiya qüvvələrinə məxsus Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, eləcə də Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edir.

Təlimlərin ssenarisinə əsasən helikopterlər uçuşlar keçirməklə Hava Hücumundan Müdafiə bölmələrinə qarşı radiomaneələrin tətbiqi və helikopterlərin bort müdafiə komplekslərinin yoxlanılması üzrə verilən tapşırıqları icra ediblər.