adalet.az header logo
  • Bakı 18°C
01 Sentyabr 2015 11:49
2963
GÜNDƏM
A- A+

Təqvimin bu günü

Doğumlar

 

1286 – Elizabet Riçeza - Polşa kraliçası.

1651 – Nataliya Narışkina - Rusiyanın çariçası.

1875 – Edqar Rays Barrous - amerika yazıçı.

1899 – Andrey Platonov - rus yazıçı.

1923 – Rokki Marçiano -  amerika boksçu. Silvestr Stallonenin çəkildiyi "Rokki” filmi ona həsr olunub.

1951 – Nicu Çeuşesku - rumın siyasətçi.

1957 – Qloriya Estefan Kuba əsilli Amerika müğənnisi.

1962 – Ruud Qullit - holland futbolçusu.

1971 – Hakan Şükür, Türk futbolçusu.

 

 

Ölümlər


799 — İmam Kazım (tam adı: Əbul Həsən Musa ibn Cəfər əl-Kazım,7-ci imam.)

1687 – Henri Mor -  İngilis filosof.

1715 – XIV Lui - Fransa Kralı.

1924 – Hacı Zeynalabdin Tağıyev - zeyriyyəçi, milyonçu.

 

 

Əhəmiyyətli hadisələr

 

e.ə. 5509 – sonuncu Bizans təqviminin epoxası.

1257 – Fransada Sorbon Universitetinin əsası qoyulub.

1714 – Rusiyada ilk kitabxana yaradılıb.

1862 – Amerika Vətəndaş Müharibəsi: Şantilya Döyüşü, Federativ qüvvələr Şantilya, Virciniyada geri çəkilən İttifaq qoşununa hücum ediblər.

1868 – Qalatasaray liseyinin açılışı olub.

1870 – Fransa-Prussiya Müharibəsi: Sedan döyüşü baş verib, döyüş həlledici Prussiya qələbəsi ilə nəticələnib, III Napoleon əsir düşüb.

1897 – Şimali Amerikada birinci yeraltı metro olan Boston metrosu açılıb.

1902 – Birinci elmi fantastika filmlərdən biri hesab edilən "Aya səfər" Fransada ekrana çıxıb.

1914 – Rusiyada Sank-Peterburq şəhərinin adı dəyişdirilərək Petroqrad qoyulub.

1919 – Azərbaycan Demokratik Respublikasının parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edilib və onun nizamnaməsi təsdiq olunub.

1920 – Fransanın dəstəyi ilə Livan dövləti yaranıb.

1923 – Böyük Kanto zəlzələsi Tokionu və Yokoxamanı yerlə-yeksan edib, təxminən 150 000 adam həlak olub.

1951 – Birləşmiş Ştatlar, Avstraliya və Yeni Zelandiya ANZUS Razılığı adlandırılan qarşılıqlı müdafiə sazişi imzalayıblar.

1951 – Londonda dünyada ilk supermarket açılıb.

1962 – İranda baş vermiş zəlzələdə 20 000 nəfər həlak olub.

1969 – Muhammar Qəddafi Liviyada çevriliş yolu ilə rəhbərliyi ələ alıb.

1974 – Fransız Roland Morenonun ixtira etdiyi çip kartlar satışa çıxıb.

1981 – Mərkəzi Afrika Respublikasında qiyam Prezident Devid Dakonu devirib.

1982 – Birləşmiş Ştatlar Hava Qüvvələri Kosmik Komandanlığının əsası qoyulub.

1985 – Müştərək amerikan-fransız ekspedisiyası "Titanik” gəmisinin qəzaya uğradığı yeri təyin edib.

1991 – Özbəkistan Sovet İttifaqından müstəqilliyi elan edib.

1992 – Azərbaycan Respublikası Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələr qurub.

2001 – Ukraynada ölüm hökmü ləğv edilib.

 


Bayramlar və xüsusi günlər

 

Rusiya – Bilik Günü.

Özbəkistan – Müstəqillik Günü.

Kamerun – Kamerun Milli İttifaq Günü.

Liviya – İnqilab Günü.

Qətər – Müstəqillik günü.

Sinqapur – Müəllimlər Günü.

Slovakiya – Konstitusiya Günü.